image-7aed9a70-3d1a-4b1e-b67d-82901e06796cbackend

Azərbaycan və Avropa İttifaqının güclü əməkdaşlığı.

image-reklam_sirab_01

Bu günlərdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin ölkəmizə səfəri gündəmin əsas mövzularından biri kimi mühüm əhəmiyyət kəsb edir. Bu səfər tərəfdaşlığımızın göstəricisi olmaqla bərabər, Avropanın iştirakını, Avropa gündəliyini nümayiş etdirir ki, bu da ölkəmizin hədəflərinə tam uyğundur.
Avropa İttifaqı ölkəmizin əsas ticarət tərəfdaşıdır. Ticarətimizin 40 faizi Avropa İttifaqı ilə aparılır. Ötənilki ticarət dövriyyəsi 9,5 milyard ABŞ dolları olub. Bu il isə Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ticarət dövriyyəsinin həcmi 6,8 milyard ABŞ dolları təşkil edib. 1700-dən çox Avropa şirkəti Azərbaycanda fəaliyyət göstərir. Bu, bizim iqtisadi fəaliyyətimizin miqyasını nümayiş etdirməklə yanaşı, Azərbaycanın üzv dövlətlərlə ikitərəfli əlaqələrdə fəallığını göstərir. Belə ki, ölkəmiz Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və beləliklə, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev konfransda çıxış edərkən uzun illərdir Avropa İttifaqı ilə olan yüksək səviyyəli əməkdaşlığımıza toxunaraq, bu əməkdaşlığın daha da irəli səvıyyəyə aparılacağına əminliyini bildirdi: “Avropa İttifaqı bizim üçün yaxın tərəfdaşdır. Biz uzun illərdir müxtəlif sahələrdə işləyirik. Gündəlik çox genişdir və bizim güclü siyasi təmaslarımız əlbəttə ki, əməkdaşlığımızın şaxələndirilməsi üçün çox yaxşı təməl yaradır. Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Ticarətimizin demək olar ki, 40 faizi Avropa İttifaqı ilə aparılır. Ötənilki ticarət dövriyyəsi demək olar ki, 9,5 milyard ABŞ dolları idi. Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard ABŞ dolları təşkil edir. Üzv dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir. Bu, həmçinin bizim iqtisadi fəaliyyətimizin miqyasını nümayiş etdirir. Biz üzv dövlətlərlə ikitərəfli əlaqələrdə çox fəalıq. Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və ya qəbul edib. Beləliklə, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir. Düşünürəm ki, bu, bizim hökumətimizin çox böyük nailiyyətidir. Bu, həmçinin əməkdaşlıq üçün əlavə imkanlar yaradır.”
Milli Məclisin deputatı Jalə Əhmədova müsahibələrindən birində bu əməkdaşlığı yüksək qiymətləndirərək söyləmişdir: “Enerji təhlükəsizliyinin təmin olunması Avropa İttifaqı ilə əməkdaşlığın əsas istiqamətlərindən biridir. Ötən illər ərzində enerji təhlükəsizliyinin təmin olunmasında tarixi nailiyyətlər əldə olunub. Burada xüsusilə Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması, 2020-ci ilin sonunda isə onun sonuncu – dördüncü seqmenti olan Trans-Adriatik kəmərinin istismara verilməsi mühüm tarixi əhəmiyyətə malikdir. Yanvarın 1-dən bu günədək Azərbaycandan Avropa İttifaqına üzv dövlətlərə, xüsusilə İtaliya, Yunanıstan və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub. Əlbəttə ki, gələcəkdə Avropa bazarına ixrac olunacaq təbii qazın həcmi artırılacaq. Bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanın Avropa İttifaqı ilə birlikdə uzun illərdir Cənub Qaz Dəhlizi Məşvərət Şurasına sədrlik etməsi bu layihənin uğurla həyata keçirilməsinin mühüm amili olub. 3500 kilometr uzunluğunda kəmər sistemi və nəhəng “Şahdəniz-2” qaz yataqlarının işlənməsi ölkələr, şirkətlər və beynəlxalq maliyyə institutları arasında əməkdaşlığın nadir təcrübəsidir. Bu gün Cənub Qaz Dəhlizi layihəsinə yatırılmış ümumi investisiyaların həcmi 33 milyard ABŞ dollarından çoxdur. Bundan başqa, artıq 15 ildir ki, Azərbaycan Avropa istehlakçılarının etibarlı xam neft təchizatçısıdır. Əminik ki, Azərbaycanın qaz təchizatçısı kimi potensialı gələcəkdə daha da artacaq və bu, ixracatçı olaraq bizim üçün, tranzit ölkələr üçün və istehlakçılar üçün daha çox imkanlar yaradacaq. Çünki Azərbaycan qazı təkcə yeni marşrutdan olan qaz deyil, yeni mənbədən olan qazdır və bu, layihəni həqiqətən də enerji təhlükəsizliyi layihəsinə çevirir”
Bundan başqa, bir sıra öhdəlikləri öz üzərinə götürməsi Azərbaycanın məsuliyyətli və etibarlı dövlət olmasından xəbər verir. Ona görə də Avropa İttifaqı müxtəlif məsələlər üzrə irəliləyişə nail olmaq üçün səyləri dəstəkləməyə hazırdır. Bununla yanaşı, Avropa İttifaqı sərhədlərin delimitasiyası və regional əməkdaşlıq səylərində də yaxından iştirak etmək əzmindədir.
Şəmilova Dünya Mərdan
Azərbaycan Dillər Universiteti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki