image-1backend

Azərbaycan və Qətər hərbi-texniki əməkdaşlığının perspektivləri müzakirə olunub

image-reklam_sirab_01

Müdafiə naziri Zakir Həsənov Bakı şəhərində keçirilən 5-ci Yubiley “ADEX” Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün ölkədə səfərdə olan Qətərin “Barzan Holdings” müdafiə və təhlükəsizlik şirkətinin icraçı direktoru Abdullah Əl-Xater ilə görüşüb.

Bu barədə Vətəninfo.az-a  nazirlikdən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycanla Qətər arasında hərbi əməkdaşlığın yeni perspektiv və imkanları müzakirə olunub, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki