image-ilham-12backend

Azərbaycan və Serbiya arasında səmimi dostluq var

image-reklam_sirab_01

 

 

Bu ilin noyabr ayında Serbiyaya səfəri zamanı dövlət başçımız İlham Əliyevin dost ölkədə yüksək səviyyədə qarşılanması, imzalanan sənədlərin hər iki dövlətin milli maraqlarını əks etdirməsi, Azərbaycan haqqında deyilən xoş sözlər münasibətlərin strateji əməkdaşlıq prinsipləri əsasında davamının təsdiqi idi. Serbiya ilə Azərbaycanın beynəlxalq arenalarda eyni mövqedən çıxış etmələri əlaqələri sağlam təməl üzərində təkmilləşdirir. Həmin səfər zamanı mətbuata bəyanatında dost münasibətlərindən söz açan Prezident İlham Əliyev iki ölkə arasında energetika sahəsindəki perspektivləri müasir dövrümüzün aktual məsələsi kimi diqqətə çatdırmışdı.

Serbiyanın Prezidenti Aleksandar Vuçiçin dekabrın 21-də ölkəmizə işgüzar səfəri hər iki dövlətin əməkdaşlıq prinsiplərinə sadiqlik nümunəsidir. Görüş çərçivəsində mətbuata bəyanatlarında müstəqil siyasət aparan hər iki ölkə arasında möhkəmlənən münasibətlər yüksək dəyərləndirilib, perspektivlərlə bağlı açıqlamalar verilib.

Qeyd olunub ki, Serbiya ilə Azərbaycanın strateji tərəfdaşlığını daha da möhkəmləndirəcək mühüm sənədlərin imzalanması, münasibətlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimlənməsi əlaqələri daha da gücləndirəcək. Prezident İlham Əliyev müxtəlif istiqamətlər üzrə ixrac edilən Azərbaycanın təbii resurslarının Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə nəqli ilə bağlı görüləcək işləri də diqqətə çatdırılıb. Vurğulanıb ki, təbii qaz, elektrik enerjisi ilə əlaqədar iki ölkə arasında əməkdaşlığın inkişafı üçün geniş imkanlar mövcuddur. 2023-cü ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əməli addımlar atılacaqdır.

Serbiya Prezidenti Aleksandar Vuçiçin bəyanatında səslənən ölkəmizlə bağlı xoş sözlər ölkə iqtisadiyyatının inkişafının göstəricisi, Prezident İlham Əliyevin düşünülmüş siyasətinin məntiqi nəticəsi kimi qürurverici idi. Qeyd edildi ki, energetika sektoru əməkdaşlığımızın bir hissəsidir. Son vaxtlar bu sahə daha böyük əhəmiyyət kəsb edir. Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə ixrac edilir, həmçinin Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə. Həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar var, müvafiq danışıqlar aparılmışdır. Gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əməli addımlar atılacaqdır.

Görüşdə maraq doğuran amillərdən biri də müdafiə sənayesinin inkişafı üçün zəngin potensiala malik hər iki ölkə mütəxəssislərinin birgə fəaliyyəti ilə bağlı praktiki addımların müzakirəsi olub. Əməkdaşlığın vacib amillərindən olan müdafiə sənayesində texnologiya mübadiləsi, üçüncü ölkələrin bazarlarına birlikdə çıxarılacaq bəzi məhsullar üzərində fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinin vacibliyi qeyd olunub. Bunun üçün serbiyalı və azərbaycanlı mütəxəssislərin birgə fəaliyyəti üçün əlverişli imkanların səmərəli olacağı vurğulanıb.

Tufan Məmmədov – iqtisadi ekspert

 

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki