image-reklam-veteninfo
image-photo-2022-03-08-01-22-00backend

Azərbaycan xalqı əmin-amanlıq şəraitində yaşayır

image-reklam-veteninfo

Azərbaycan dünyanın ən tolerant ölkələrindəndir. Xalqımızın ən böyük arzu və istəyi sülh və əmin-amanlıq şəraitində yaşamaqdır.1982-ci ildən bəri bütün dünyada “Sülh günü” kimi qeyd olunan təqvimin yaranma səbəbi sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin, hər cür zorakılığın dayandırılması, bəşəriyyətin daim sülh içərisində yaşamaq arzusudur.
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş “Azərbaycan Respublikası regionlarının 2014–2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunları ilə bağlı konfransda ölkəmizin hərtərəfli inkişaf etməsi, o cümlədən, təhlükəsizliyini təmin edə bilməsi, müstəqil siyasət aparması haqqında səslənən fikirləri eşitmək olduqca xoş idi. Dövlət başçısı dünyada, xüsusən İslam ölkələrində ictimai-siyasi sabitliyin pozulması nəticəsində böyük problemlər yarandığını ürək ağrısı ilə qeyd etdi. Bununla yanaşı, bildirdi ki, Azərbaycan sabitlik, təhlükəsizlik məkanıdır.
Son 15 il ərzində Azərbaycan xalqı əmin-amanlıq şəraitində yaşayır. Azərbaycan xalqı rahat yaşayır, qurur, yaradır. Hesab edirəm ki, hər bir vətənpərvər insan öz ölkəsi ilə, bugünkü Azərbaycan ilə haqlı olaraq fəxr edə bilər. İndi biz vətəndaşların üzərinə düşən vəzifə bu əmin-amanlığı, bu inkişafı qorumaq və daha da gücləndirmək, onun hansısa qüvvələr tərəfindən pozulmasına yol verməməkdir.
Bu gün Azərbaycan xalqı yaxşı bilir ki, ölkədə həyata keçirilən bu siyasət, bu sosial-iqtisadi inkişaf, dövlətimizin güclənməsi, təhlükəsizliyimizin təminatı birbaşa Prezident İlham Əliyevin dönməz və qətiyyətli fəaliyyətinin nəticəsidir. Onun xalq tərəfindən daim dəstəklənməsinin səbəbi də düşündüyü siyasəti, verdiyi vədləri ardıcıl şəkildə həyata keçirməsidir. Regionlarımızın inkişafı da bu siyasətin əsas istiqamətlərindən biri kimi həmişə diqqət mərkəzində saxlanılır. Bir-birinin ardınca qəbul edilərək həyata keçirilmiş regionların inkişafı ilə bağlı Dövlət proqramları bölgələrimizin çiçəklənməsinə, əhalinin iş yerləri ilə təmin olunmasına səbəb olub. Bu isə son nəticədə insanlarımızın gün-güzəranının yaxşılaşması deməkdir. Artıq 2019–2023-cü illəri əhatə edən yeni proqram da qəbul olundu. İnanırıq ki, bu proqramın icrası ilə əhalimizin rifahı daha da yaxşılaşacaq.
Azərbaycanda bütün sosial-iqtisadi məsələlər uğurla öz həllini tapır, ölkəmizdə təhlükəsizlik tədbirləri yüksək səviyyədədir. Azərbaycan bu bölgədə və dünyada sabitlik məkanı kimi tanınır. Əlbəttə ki, belə bir şəraitdə həm investisiyaların qoyuluşu üçün maraq göstərilir, eyni zamanda, xalqımız rahat yaşayır, əhalimizin rifah halı yaxşılaşır. Azərbaycan xalqı öz gələcəyini təhlükəsizlik, əmin-amanlıq şəraitində qurur.
Bu ilin altı ayında bizim beynəlxalq əlaqələrimiz daha da fəallaşıb. Bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük hörmətə layiq olan ölkə kimi tanınır. Dostlarımızın sayı artır və beynəlxalq təşkilatlarda da bizim fəaliyyətimiz çox müsbətdir. Mən ilin altı ayında 10 xarici səfər etmişəm – beş Avropa ölkəsinə, beş müsəlman ölkəsinə. Davos və Münxendə keçirilən dünyanın aparıcı iqtisadi, siyasi və təhlükəsizlik konfranslarında Azərbaycan ləyaqətlə təmsil olunmuşdur. Eyni zamanda, mənim Avropa Komissiyasına çox uğurlu səfərim olubdur, Fransaya və Polşaya rəsmi səfərlər etmişəm. Müsəlman ölkələrinə gəldikdə isə, İrana, Qətərə, Pakistana, Səudiyyə Ərəbistanına, Türkiyəyə səfərlər etmişəm. Azərbaycan səfər etdiyim bütün bu ölkələrlə əlaqələrini daha da genişləndirir, möhkəmləndirir. Bu səfərlərimin coğrafiyası əslində bizim xarici siyasətimizin nə qədər düzgün və milli maraqlara xidmət edən siyasət olduğunu bir daha təsdiqləyir. Bununla bərabər, bu ilin birinci yarısında doqquz xarici dövlət və hökumət başçısı Azərbaycana səfər edibdir. Bu da çox gözəl göstəricidir.
Bu il Azərbaycanda bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir. Əlbəttə ki, mötəbər beynəlxalq tədbirlərin keçirilməsi hər bir ölkə üçün önəmlidir. Bu tədbirlər əslində ölkəyə olan münasibəti, hörməti əks etdirir. Azərbaycanda keçirilən mötəbər tədbirlər ən yüksək səviyyəli tədbirlərdir. Onların arasında əsas tədbirləri qeyd etmək istərdim. Bu il Bakıda V Qlobal Forum keçirilibdir. Bu, artıq dünya miqyasında çox dəyərli, səviyyəli bir tədbirdir. Əgər Davosda daha çox iqtisadi, Münxendə təhlükəsizlik məsələləri müzakirə olunursa, Qlobal Bakı Forumunda daha çox siyasi və eyni zamanda, bütün digər məsələlər müzakirə edilir. Forumda bir neçə ölkənin dövlət və hökumət başçıları, tanınmış siyasətçilər, ictimai xadimlər iştirak etmişlər. Qlobal Bakı Forumu artıq dünya xəritəsində özünəlayiq yerini tuta bilmişdir.
Azərbaycan respublikası son bir neçə illərdə demək olar ki bütün sahələrdə inkişaf edərək yüksək səviyyəyə çatıb. Eyni zamanda böyük yol infrastrukturu layihələri icra edilir, yeni yollar açılır. “Sovetski” adlanan ərazidə müasir yol infrastrukturu artıq istismara verilmişdir. Eyni zamanda, o ərazidə böyük abadlıq işləri aparılır. İndi Təzəpir məscidinin önü açılıbdır, orada park olacaq. Digər tərəflərdə də ictimai yerlər yaradılacaq ki, Təzəpir məscidinin hər tərəfdən görünməsi mümkün olsun. Azərbaycan Dövlət Dram Teatrının arxasında – yol infrastrukturu yaradılan ərazidə də ictimai yerlər, parklar, bağlar, salınacaq, ağaclar əkiləcək ki, bunlar Bakı şəhəri üçün, necə deyərlər, yeni bir “ağ ciyər” olacaq. Bu ərazi yaşıllıq zonası olacaq və bu, bizə çox lazımdır. Son illər ərzində bir çox ictimai yerlər açılıbdır, parklar, bağlar yaradılıbdır. Elə bulvarın özü böyük ictimai istirahət zonasıdır və bu proses davam etdirilməlidir.
Respublikamızın əmin-amanlıq şəraitində yaşamağa davam etməsi üçün biz vətəndaşların da üzərinə çox böyük yük düşür.

Nəsimi rayon sakini Hüseynli Billurə

 

 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki