image-28backend

Azərbaycan xalqı var olduqca müstəqilliyimiz də əbədi olacaqdır.

image-reklam_sirab_01

Xalqımız üçün müstəqillik çox böyük məna ifadə edir.  Əbəs yerə biz mübariz bir xalq adlandırılımırıq.   İllərlə müxtəlif dövlətlərin əsarəti altında qalan bir millət olaraq, azadlığımız uğrunda apardığımız mübarizə daim yaddaşımızda qalacaq. 20-ci əsrin əvvəllərində ziyalılarımız çox çətinliklərdən keçsələrdə,  1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası adı altında toplaşan ziyalılarımız İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirməsinə nail olmuşdurlar. Bu Azərbaycan xalqı üçün bir ümid işığı olsa da təəssüf ki, müstəqilliyimiz 23 ay çəkdi. Bu qısa müddət ərzində dövlətimizin maraqlarına xidmət edən- ilk parlamentin yaradılması,  sərhədlərin müəyyən edilməsi, dövlət atributlarının təsis edilməsi kimi vacib,  tarixi addımlar atılmışdır.

Sovetlər birliyinə daxil edilməyimizlə 70 il davam edəcək asılılığın başlaması , yenə Sovetlər birliyinin dağılması ilə sona çatdı. Çox keçmədən 1991-ci il oktyabrın 18-də müstəqilliyimiz bərpa olunsa da xalqımız yenidən onu itirmək təhlükəsi ilə üz-üzə qaldı.  Ermənistan dövlətinin torpaqlarımız üzərində haqq  iddia etməsi və dövləti idarə edən şəxslərin müharibəyə hazırlıqsız vəziyyətdə olması , xalqın sosial-iqtisadi vəziyyətinin pis halda olması yaxınlaşan fəlakətdən xəbər verirdi.  Mübariz, yenilməz  Azərbaycan xalqı yenidən azadlığımızı qorumaq üçün çıxış yolu axtarmağa  başladılar.  Xalq onların səsinə səs verəcək, müstəqilliyimizi qoruyub, saxlaya biləcək güclü bir şəxsiyyətə ehtiyac olduğunu anlayırdı. Buna görədə,  müdrik ziyalılarımız Ümummilli liderimiz Heydər Əliyevə müraciət etdilər. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra müstəqilliyimizi qorumaq və dövlətimizi inkişaf etdirmək üçün bir sıra islahatlar apardı. Bu gün iqtisadiyyatımız xüsusilə neft sahəsi bu qədər inkişaf etmişsə bunun təməllərini Ümummilli lider Heydər Əliyevin iqtisadiyyat sahəsində apardığı islahatlar qoymuşdur. Bu gün isə Ulu Öndərimizin layiqli davamçısı Prezident İlham Əliyev siyasi ənənələrə sadiq qalaraq , demokratik dövlət quruculuğunun daha da dərinləşdirilməsi üçün bir sıra islahatlar keçirir.

Xalqımız, dövlətimiz çox çətinliklərdən keçsə də sonda müstəqilliyini əldə etmiş və onu bu günə qədər layiqincə qoruyub saxlamışdır. Bu 30 ilə yaxın müddətdə də  dövlətimizin suverenliyinə təcavüz etməyə çalışan qüvvələr çox olmuşdur. Lakin, dövlət başçımızın uğurlu siyasəti nəticəsində bunlar nəticəsiz qalmışdır. Xalqımız hər il 28 May tarixini Müstəqillik Günü , 18 Oktyabr tarixini isə Müstəqilliyin Bərpası Günü kimi qeyd edəcək. Azərbaycan xalqı yenilməz,  güclü, mərd xalqdır. Dövlətimizə, müstəqilliyimizə göz dikən hər kəs cəzasını layiqincə almış və bu kimi hallar davam edərsə almağa da davam edəcəkdir.

Məmmədova Simranə

Azərbaycan Dillər Universiteti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki