image-3backend

Azərbaycanda 6 ayda 42 min ABORT

image-reklam_sirab_01

2024-cü ilin altı ayında ölkə ərazisində icbari tibbi sığorta hesabına 42 039 abort icra olunub.

Vətəninfo.az bu barədə İcbari Tibbi Sığorta Agentliyinin təqim etdiyi məlumatlara istinadən xəbər verir.

Məlumata görə, abortların 16 936-sı hamiləliyin 9-cu həftəsinə qədər olan dövrdə, 16 463-ü hamiləliyin 9-cu həftəsindən sonra, 8640-ı isə uşaqlıqdankənar hamiləliyi pozmaq məqsədi ilə aparılıb.

Statistik göstəricilərə əsasən, Bakı şəhərində abort üzrə ən yüksək müraciət sayı Sabunçu Tibb Mərkəzi, Yeni Klinika, Respublika Klinik Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Abşeron Rayon Mərkəzi Xəstəxanası, rayonlar üzrə isə Şəmkir Rayon Mərkəzi Xəstəxanası, Şirvan Şəhər Mərkəzi Xəstəxanası, Şəki Rayon Mərkəzi Xəstəxanası, Saatlı Rayon Mərkəzi Xəstəxanası və Tovuz Rayon Mərkəzi Xəstəxanalarına aiddir.

Qeyd edək ki, Azərbaycanda abortların sayı 2021‑ci ildə 46877, 2022‑ci ildə 57999, 2023‑cü ildə isə 73816 olub. 15‑49 yaşlı hər 1000 qadına düşən abortların sayı 27,9 olub. Abortlar ən çox 25-29 və 30-34 yaş aralıqlarında edilib.

BMT-nin məlumatına görə, Azərbaycan uşaqların cins seçiminə görə dünyada birinci yerdədir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image