image-photo-2022-03-18-12-52-12-3backend

Azərbaycanda çox gözəl investisiya iqlimi var.

image-reklam_sirab_01

 

 

Azərbaycan xarici tərəfdaşlar qarşısında üzərinə düşən bütün öhdəliklərini yerinə yetirir. Xarici sərmayənin Azərbaycana böyük həcmdə qeyri-neft sektoruna qoyulması əsas prioritetlərimizdən biridir. Uzun illər neft-qaz sahəsinə 10 milyardlarla dollar sərmayə qoyulubdur. Bu, imkan verdi ki, enerji sahəsində istədiyimizə nail olaq

Açıq dənizlərə çıxışı olmayan ölkələrdə azad iqtisadi zonaların yaradılması təcrübəsi o qədər də uğurlu deyil. Biz uğurlu və uğursuz təcrübəni öyrənmişik, təhlil aparmışıq. Hesab edirik bu gün Azərbaycanda bütün ilkin şərtlər var ki, investorları məhz bu zonaya cəlb edək. Hesab edirəm ki, ilk növbədə, bu yerin coğrafi vəziyyəti əlverişlidir- dənizin kənarında, dəniz limanının böyründə yerləşir, kifayət qədər böyük ərazidir. İlkin mərhələdə artıq 60 hektarlıq yer inkişaf üçün hazırdır. Amma, ümumiyyətlə, 850 hektar torpaq sahəsi ayrılıb. Bu torpaq sahəsinə bitişik olan torpaq sahələri də artıq müəyyən edilib ki, orada hər hansı bir tikinti aparılmasın, bu, gələcək inkişaf üçün lazımdır”.

 

“Azərbaycanda çox gözəl sərmayə iqlimi vardır. Biz bunu həm neft-qaz layihələrinin icrası zamanı nümayiş etdirmişik, həm də digər sahələrdə aparılan islahatlar nəticəsində çox gözəl investisiya iqlimi yaradılmışdır. Təsadüfi deyil ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerə layiq görülüb. Bu, dünya miqyasında çox böyük nailiyyətdir. Biz bir çox inkişaf etmiş ölkələri bu parametrlər üzrə qabaqlamışıq. Yəni, gözəl investisiya iqlimi investorları cəlb etmək üçün əlbəttə ki, əsas şərtlərdən biridir”, – dövlət başçısı bildirib.

 

Dövlət büdcəsinin əsas gəlirlərini təşkil edən neftin qiymətinin zamanla dəyişməsinə baxmayaraq Azərbaycanda infrastruktur layihələri davamlı icra edilir, islahatlar aparılır, iqtisadiyyatda şaxələndirmə siyasəti özünü doğruldur. «Dayanıqlı inkişaf bu istiqamətdə gedəcək. Biz nefti, qazı kənara qoymalıyıq, ümumiyyətlə unutmalıyıq. Gün gələcək neft qiymətləri bizim üçün heç bir əhəmiyyət daşımayacaq. Çünki sənaye, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları – Azərbaycanda bu sahələr inkişaf edir və daha da sürətlə inkişaf etməlidir”» söyləyən Prezident İlham Əliyevin tezislərini elmi texnologiyalar əsri adlandırılan müasir dünyamızda, cəmiyyətdə gedən proseslər də təsdiqləyir. Dünya iqtisadiyyatının tərkib hissəsi olan Azərbaycanda bazar iqtisadiyyatının tələblərinə və şərtlərinə uyğun həyata keçirilən qlobal layihələrin tətbiqində məqsəd xarici investorların ölkəmizə cəlbini sürətləndirməkdir. Ticarət və loqistika mərkəzi olan Qaradağ rayonunda Ələt Azad İqtisadi Zonasının yaradılmasında da məqsəd xarici iş adamlarını ölkəmizə cəlb etmək, Azərbaycanda nəqliyyat infrastruturunu yeni istiqamətlər üzrə genişləndirmək, yükdaşıma səviyyəsini artırmaqdır. Xəzərsahili ölkələr arasında ən böyük liman olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Ələt Azad İqtisadi Zonasının istifadəsi üçün ayrılmış ərazilərə daxil edilməsi layihənin əhəmiyyətini daha da artırır. Beynəlxalq Dəniz Ticarət Liman Kompleksinin birinci mərhələsi çərçivəsində istifadəyə verilən bərə terminalının ölkə iqtisadiyyatının inkişafına təsirindən bəhs edən Prezident İlham Əliyev vurğulamışdır ki, bununla Azərbaycanın tranzit ölkə kimi imkanları daha da genişlənəcək, ölkəyə əlavə investisiya axını sürətlənəcək. Çünki Ələt Beynəlxalq Ticarət Limanı Xəzərdə ən böyük liman olmaqla sahilətrafı dövlətlər arasında əməkdaşlığın möhkəmlənməsinə də önəmli töhfədir.

Enerjiyə daxili tələbatın tam ödənildiyi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi tanınması yeni infrastruktur layihələrinin yaradılması zərurətini də qarşıya qoyur. Sənaye mərkəzi Qaradağ rayonunda respublikanın ən böyük sement , metal konstruksiyalar zavodlarının, Səngəçal terminalının və bu limanın fəaliyyətə başlaması rayonun inkişafını sürətləndirdi. Xeyli iş yerləri açıldı. Limanın fəaliyyətə başlaması ilə nəqliyyat infrastrukturu şaxələndi. Bakıda gəmiqayırma zavodunun inşası ilə daha bir yeniliyə imza atıldı. Avropa ilə Asiya arasında körpü olan Bakı–Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi Azərbaycanı nəqliyyat, logistika mərkəzinə çevirdi, iqtisadi əlaqələrin coğrafiyası genişləndi. Dünya iqtisadiyyatının «hesabatını» hazırlayan Davos Ümumdünya İqtisadi Forumunun Azərbaycanın inkişaf tempini rəqabət qabiliyyətliliyinə görə yüksək yerlərə layiq görməsi böyük uğurdur.

«Ölkəmiz inamla irəliyə gedir, bizim konkret planlarımız var, bu planlar reallaşır» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, həyata keçirilən bütün layihələr, islahatlar ölkəmizin beynəlxalq əməkdaşlıqda yerini möhkəmləndirir, qlobal məsələlərin həllində rolunu artırır. Bu günlərdə Prezident İlham Əliyevin iştirakı ilə keçirilən Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimi ölkə iqtisadiyyatının inkişafını gücləndirəcək daha önəmli layihədir. Xatırladaq ki, 2017-ci ildə Ələt Azad İqtisadi Zonasının yaradılmasına dair müvafiq Sərəncama əsasən layihə ilə bağlı 2018-ci ildə qəbul olunan Qanunda dövlətin və investorların maraqları tam təmin olunub. Mərasimdə Azərbaycan Televiziyasına müsahibəsində bu layihənin təməlində ölkəmizin dövlət siyasətinin dayandığını qeyd edən Prezident İlham Əliyev bildirmişdir ki, illərdən bəri aparılan siyasət nəticəsində qeyri-neft sektorunun inkişafı belə azad iqtisadi zonaların yaradılmasını zəruri edir: «Azərbaycanda çox gözəl sərmayə iqlimi vardır. Biz bunu həm neft-qaz layihələrinin icrası zamanı nümayiş etdirmişik, həm də digər sahələrdə aparılan islahatlar nəticəsində çox gözəl investisiya iqlimi yaradılmışdır.

Hüseynli Telman

Nəsimi rayon təhsil işçisi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki