image-7cbf1ec9-b22b-4369-9701-5a752584fb41backend

Azərbaycanda daha bir universitet yeni ilkə imza atıb

image-reklam_sirab_01

UNEC yeni tədris posesində yenidən ilkə imza atır.

Veteninfo.az xəbər verir ki, UNEC-də yeni tədris ilindən seçilmiş qruplar üzrə dərslər Flipped Education (çevrilmiş) tədris metoduna uyğun təşkil olunacaq.

Harvard, Kaliforniya, Vaterloo, Branston kimi dünyanın aparıcı universitetlərində tətbiq olunan metodun əsas özəlliyi tələbələrə dərs zamanı ötürüləcək biliklərin elektron resurslar formasında hazırlanaraq, dərsdən öncə təqdim olunmasıdır. Dərs zamanı isə tələbələrin mənimsədikləri biliklərin praktiki bacarıq və tətbiqlərə çevrilməsi prosesi həyata keçirilir.

Elektron resurslara mövzular üzrə mühazirələrin audioyazıları, mövzuların suallarının izahlarını əhatə edəcək videoyazılar, animasiya və təqdimatlar daxildir.

Elektron resurslarla yanaşı, dərsdən kənar saatlarda da müəllim-tələbə arasında mövzu üzrə tapşırıqların ötürülməsi, cavablandırılması və müzakirələrin keçirilməsi üçün UNEC Eduman sistemi üzərindən kommunikasiya sistemi də yaradılıb. Platformadan müəllim-tələbə ilə yanaşı, tələbələr də öz aralarında keçilən mövzular üzrə müzakirələr apara biləcəklər.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki