image-ilhambackend

“Azərbaycanda dinlə dövlət arasındakı münasibət hörmətə və tədqirəlayiqdir” – RƏY

image-reklam_sirab_01

“İlham Əliyevin Prezident seçilməsi ilə həm mədəni, həm sənaye məsələlərinə, məscidlərə və ibadət yerlərinə böyük önəm verildi. Bu illər ərzində Şamaxı Cümə, Bibiheybət, Təzəpir və digər yüzlərlə məscidin təmiri, bərpası həyata keçirildi. Bu İlham Əliyev əvvəldən dinə etiqadının, hörmətinin təzahürüdür”.

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

O bildirib ki, Azərbaycanda dinlə bağlı sahələrdə heç bir problem yoxdur:

image-ilham2

“Azərbaycanın hər yerində dindarlar rahat şəkildə fəaliyyət göstərirlər. İbadət ocaqlarına bir çox güzəştlər edilir. Məsələn, qaz, su, işıq məscidlərə güzəştli şərtlərlə verilir. Bu məsələlərin həyata keçirilməsində İlham Əliyevlə yanaşı Heydər Əliyev Fondunun böyük əməyi var. Məscidlərin tikilməsində və bərpasında Heydər Əliyev Fondunun, Mehriban Əliyevanın böyük zəhməti var”.

Deputat Prezident İlham Əliyevlə Mehriban Əliyeva Məkkə ziyarətinə də diqqət çəkib:

image-heyder2 image-ilham2 image-ilham1

“Onlar Məkkədə torpaqlarımızın azad olması üçün, şəhidlərimizin ruhuna dualar ediblər. Duaları da qəbul olub”.

“Həmçinin işğaldan azad olunan ərazilərdəki məscidlər, kilsələr və sineqoqlar da təmir olunur. Bu da Azərbaycanın mültikultral dəyərlərə sahib olmasından xəbər verir. Ümumiyyətlə istər Prezident, istərsə də Heydər Əliyev Fondu azad olmuş torpaqlarda yeni məscidlərin tikilməsinə və bərpasına xüsusi önəm verir. Azərbaycanda dinlə dövlət arasındakı münasibət də hörmətə və tədqirəlayiqdir. Azərbaycanda həm dini, həm də elmi sahədə inkişaf var. Elə İlahiyyat İnstitutunun yeni binasının açılışında Prezidentin iştirak etməsi din sahəsində milli kadrların hazırlanmasına xüsusi önəm verilməsinin göstəricisidir”, – Cavanşir Feyziyev əlavə edib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki