image-8backend

Azərbaycanda günün koronavirus statistikası

image-reklam_sirab_01

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1265 yeni yoluxma faktı qeydə alınıb, 868 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan virtualaz.org-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 17 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 495 min 332 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 475 min 382 nəfər müalicə olunaraq sağalıb, 6 min 709 nəfər vəfat edib. 13 min 241 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 654, bu günə qədər isə ümumilikdə 4 milyon 979 min 535 test icra olunub.

Son sutkada koronavirus (COVID-19) əleyhinə 36 min 394 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 min 475, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 min 919 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 milyon 73 min 493, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 milyon 916 min 894, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 milyon 156 min 599 təşkil edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image