image-49backend

Azərbaycanda iki dövlət qurumuna insan alveri qurbanları ilə bağlı yeni səlahiyyət verilib

image-reklam_sirab_01

Nazirlər Kabinetinin “İnsan alveri qurbanlarının repatriasiya Qaydaları”nda dəyişiklik edilib.

Vətəninfo.az-ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Belə ki, dəyişikliklə qaydaya yeni bənd əlavə edilib. Yeni bəndə əsasən isə Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidməti tərəfindən şəxsin gələcəkdə yenidən qurban olmaq riskinin qiymətləndirilməsi və qarşısının alınması istiqamətində preventiv tədbirlər görüləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki