image-elxanbackend

Azərbaycanda möhkəmlənmək istəyən xarici güclərin əsas hədəfində əxlaqımız, çoxəsrlik adət-ənənələrimiz, milli-mənəvi dəyərlərimizdir-Elxan Şükürlü YAZIR

image-reklam_sirab_01
Qədim Roma filosofu Siseronun belə bir məşhur deyimi vardı: “Millətləri yoxsulluq deyil, əxlaqsızlıq məhv edər”.
Zaman onu haqlı çıxardı: əsrlər sonra Roma kimi qüdrətli imperiya sonda elə məhz əxlaqsızlıqdan çökdü…
Uzun illərdir türk-islam əxlaqının, mədəniyyətinin daşıyıcısı olan Azərbaycanda möhkəmlənmək istəyən xarici güclərin əsas hədəfində də məhz cəmiyyətimizin əsas sütunları – əxlaqımız, çoxəsrlik adət-ənənələrimiz, milli-mənəvi dəyərlərimizdir. Hər şey edirlər ki, bizi kökümüzdən, özümüzdən qoparıb özlərinə bənzətsinlər, sonda da öz parçalarına çevirə bilsinlər!
Bunun üçün hər il rəsmi və qeyri-rəsmi şəkildə bu işə milyonlarla, milyardlarla vəsait xərcləyir və ölkənin ən köksüz, əsil-nəcabətsiz, hər şeyini itirmiş, namus, qeyrət və ləyaqət hissindən məhrum adamlarını da tapıb, belə proyektlərə cəlb edirlər!
Axı əsli-kökü olan, namuslu və ləyaqətli adam bu cür işlərə qol qoymaz, öz millətinə, dəyərlərinə qarşı gəlməz, əksinə, ona sahib çıxar, onları qorumağa çalışar!
Köksüzlər, binamuslar və ləyaqətsizlər üçünsə müqəddəs və söykənəcək heç nə olmaz! Onlar hər şeyə ağlın və mənəviyyatın yox, yalnız bağırsaqlarının gözü və tələbiylə yanaşarlar!
Baxın, bu gün Azərbaycan cəmiyyətini sosial şəbəkələr üzərindən həm xaricdən, həm də daxildən informasiya basqısı altında saxlayan, xüsusən də alışmadığımız, həmişə ən alçaq əməl kimi baxdığımız söyüş və təhqirlərlə insanlarımızı yönləndirməyə, istiqamətləndirməyə, düşüncələrini idarə etməyə çalışan böyük bir kiberordu – təşkilatlanmış mütəşşəkil cinayətkar dəstələr formalaşdırılıb!
Bu kiberorduların əsas hədəfində həm də idarə edə bilmədikləri, şüuruna, mövqeyinə təsir göstərməyi bacarmadıqları adamlardır! Çünki bu adamlar sistemli şəkildə aparılan işin və uydurulmuş təbliğatın beyinlərdə yaratdığı informasiya sərxoşluğunun təsiri altına düşmür, gerçəkləri deyir, məst başları ayıltmağa və cəmiyyəti sürükləndiyi təhlükələrdən, bəlalardan qorumağa çalışırlar!
Söyüşlə, təhqirləsə ilk növbədə məhz belə insanlarımızı qorxutmağa, çəkindirməyə, cəmiyyətdə hörmətdən salmağa, alternativ fikirlərin eşidilməməsi üçün efirlərdən, tribunalardan imtinaya çalışırlar!
Ancaq ədalət və mərdlik simvolu olan Həzrəti Əli demiş: “Onlar öz pis əməllərindən əl götürmürlərsə, biz niyə öz doğru yolumuzdan və yaxşı işlərimizdən əl çəkək ki?”
Doğru yolda olmağımızın ən böyük dəlillərindən biri isə budur: cəmiyyətdə ən binamus və ən əxlaqsız adamlar kimi tanınanlar səni söyməyə və söydürməyə başlayıblarsa, bundan həzz, zövq alırlarsa, deməli, yolun doğrudur və sən onlardan deyilsən, səni öz çirkin işlərində də sədd görürlər!
Zaman onsuz da hər kəsə kimliyini və mahiyyətini göstərib və göstərəcək!
Onların kiberorduları, bizimsə Alahımız var! Allah bizə yetər!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image