image-img-20220629-wa0017backend

Azərbaycanda Ordu quruculuğu ilə bağlı işlər planlı şəkildə gedir

image-reklam_sirab_01

İyunun 26-da – Silahlı Qüvvələr Günündə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib.
Qeyd edilməlidir ki, birinci komando hərbi hissəsi 2021-ci il dekabr ayının 24-də azad edilmiş Hadrutda istifadəyə verilmişdir. 6 ay sonra isə Ermənistanla sərhəd ərazidə yerləşən və mürəkkəb dağlıq relyefə malik olan Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsinin açılışı keçirildi. Bu, onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir.
Azərbaycan xalqı öz Silahlı Qüvvələri ilə fəxr edir. Müzəffər Azərbaycan Ordusu tarixi missiyanı şərəflə yerinə yetirdi. Azərbaycan xalqı bütün gücünü səfərbər edib əzəli düşmənini məğlub edib, onu kapitulyasiya imzalamağa məcbur edərək 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad edib. Haqq-ədalət bizim tərəfimizdə idi, beynəlxalq hüquq bizim tərəfimizdə idi, bizim torpaqlar işğal altında idi. Ona görə Azərbaycan xalqı özü doğma torpaqları azad etdi. Bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır və Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq.
Keçən 30 ilərzində Azərbaycanda bütün sahələrdə olduğu kimi ordu quruculuğunda da mühüm işlər görüldü. Ölkəmizin iqtisadi gücü artdıqca bu sahəyə daha çox vəsait ayrılması mümkün oldu. Ölkənin sürətli inkişafı iqtisadi müstəqilliyi təmin etdi. Yeni müasir silahlar alındı, ordunun maddi-texniki təminatı ən yüksək səviyyədə təmin edildi. Azərbaycan Ordusu dünyanın 50 ən güclü orduları sırasında yer aldı. Bütün bunlar Qələbəni yaxınlaşdırdı. İqtisadi müstəqillik müharibəni aparmaq üçün imkan yaratdı.
Cəmi 44 gün ərzində Azərbaycan Ordusu düşməni torpağımızdan qovdu, düşməni diz çökdürdü, onu məcbur etdi ki, ağ bayraq qaldırsın və Kəlbəcərdən məcbur olaraq çıxsın. Kəlbəcər bir güllə atılmadan azad edildi.
Ölkə başçısının Kəlbəcər rayonuna son səfəri çox zəngin olub. Səfər çərçivəsində cənab Prezident Kəlbəcər rayonunda komando hərbi hissəsinin və yeni tikilmiş 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının (KSES) açılışında, “İstisu” sanatoriyasının təməlqoyma mərasimində iştirak edib, “Çıraq-1” Kiçik Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanış olub. Həmçinin ölkə başçısı tərəfindən “İstisu” mineral su zavodunun, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, İşğal və Zəfər muzeyləri kompleksinin təməli qoyulub. Prezident Kəlbəcər şəhərinin Baş planı və Kəlbəcər-Laçın avtomobil yolunun tikintisi ilə bağlı görülən işlərlə tanış olub.
Bu gün ölkə başçısının rəhbərliyi ilə işğaldan azad edilən digər ərazilər kimi Kəlbəcərdə də genişmiqyaslı tikinti-quruculq işləri böyük sürətlə həyata keçirilir. Kəlbəcərin infrastrukturu, elektrik təchizatı, su təchizatı, evlərin tikilməsi ilə bağlı işlərə start verilib və vətəndaşlarımızın doğma yerdlarına qayıdışı üçün tədbirlər həyata keçirilir.

Cavid Fərhadov – ehtiyatda olan polkovnik-leytenant, qazı

 

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki