image-27backend

Azərbaycanda Zəfər Günü tədbirləri başlayıb

image-reklam_sirab_01

Azərbaycanda Zəfər Günü tədbirləri başlayıb.

Veteninfo.az xəbər verir, ölkənin şəhər, rayon və kəndlərində Qarabağda qazanılan Böyük Qələbənin birinci ildönümü qeyd edilir.

İnsanlar axın-axın Şəhidlər xiyabanlarını ziyarət edir, Vətən uğurunda canlarından keçənlərin ruhuna dualar oxuyurlar.

Küçələr, binaların eyvanları və fasadları Azərbaycan bayrağı ilə bəzədilib.

Azərbaycanın məscidlərində “Şükür” namazları qılınır.

Saat 10:00-da Bakıda genişmiqyaslı yürüş başlayacaq. Aksiya “Azneft” dairəsindən start götürəcək və Hərbi Qənimətlər Parkında yekunlaşacaq.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki