image-48backend

Azərbaycanın 3 şəhəri Avropa İttifaqından qrant alacaq

image-reklam_sirab_01

“EU4Culture” proqramı çərçivəsində ölkənin mədəni inkişafına töhfə vermək məqsədilə Azərbaycanın qrant alacaq üç seçilmiş şəhərinin mükafatlandırma mərasimi təşkil olunacaq”.

Veteninfo.az xəbər verir ki, Şəki, Xırdalan, Lənkəran Mədəni İnkişaf Strategiyalarını hazırlamaq məqsədilə 30.000 avro alacaq.

Qrant müraciətləri üçün müsabiqə 2021-ci ilin may ayında başlayıb. O, Avropa Mədəniyyət Paytaxtlarının yanaşmasına uyğun olaraq, qeyri-paytaxt şəhər və rayonlara Mədəni İnkişaf Strategiyalarını hazırlamaq və həyata keçirmək üçün dəstək olmaq məqsədi daşıyır. Ümumilikdə, müsabiqədə Şərq Tərəfdaşlığının 5 ölkəsindən 70 şəhər iştirak edib.

Müsabiqənin yekun mərhələsində bu 3 şəhərdən biri öz strategiyasını həyata keçirmək üçün 300.000 avroya qədər qrant alacaq.

Tədbirdə Avropa İttifaqının Azərbaycan üzrə Nümayəndəliyinin Səfiri Petr Mixalko iştirak edib. Salamlama nitqində o, mədəni irs mövzusunun Avropa İttifaqı üçün çox vacib əhəmiyyət kəsb etdiyini bildirib. “Bu irsi gələcək nəslə ötürmək və daha yaxşı gələcək qurmaq lazımdır. Məlumdur ki, mədəni əməkdaşlıq beynəlxalq münasibətlərin ayrılmaz tərkib hissəsidir. Aİ Azərbaycan ilə fəal mədəni əməkdaşlığı dəstəkləyir”.

Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin Beynəlxalq layihələr və innovasiyalar sektorunun müdiri Ramil Abbəkirov Aİ ilə əməkdaşlıq çərivəsində çox layihənin icra edildiyini, bunun üçüncü birgə layihə olduğunu bildirib. “Bütün layihələr kifayət qədər uğurlu olub. Ümid edirəm ki, layihə turizm və mədəniyyət sahəsinə öz töhfəsini verəcək və Azərbaycanın regional inkişafına dəstək göstərəcək”, – o qeyd edib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki