image-f24ede92-740f-3331-99be-567cd4e562c8_850backend

Azərbaycanın Avropa çempionatında iştirak etmiş cüdoçuları Vətənə qayıdıb

image-reklam_sirab_01

Çexiyanın paytaxtı Praqada keçirilmiş gənclərin Avropa çempionatında iştirak edən kişi cüdoçulardan ibarət Azərbaycan millisinin üzvləri Vətənə qayıdıb.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançıların qarşılanma mərasimi olub. Mərasimdə idman ictimaiyyəti, media mənsubları, azarkeşlər, cüdoçuların yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, komanda yarışı 3 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub. Vüsal Qələndərzadə (73 kq), Elcan Hacıyev (81 kq) və Vüqar Talıbov (90 kq) qızıl, Turan Bayramov (60 kq) gümüş, İsmayıl Zamanov (90 kq) bürünc medala sahib çıxıb.

Azərbaycan yığması ümumi komanda hesabında isə ikinci yerlə kifayətlənib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki