image-img-20220719-wa0003backend

Azərbaycanın beynəlxalq aləmdə rolu daha da güclənir

image-reklam_sirab_01

Bu il iyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə qeyd olunduğu kimi, Azərbaycanda həyata keçirilən müdrik və uzaqgörən xarici siyasət nəticəsində bu gün ölkəmiz dünya miqyasında etibarlı tərəfdaş ölkə kimi tanınır. Dünyada hökm sürən qeyri-sabit proseslər, müharibələr fonunda Azərbaycan dünya miqyaslı tədbirlərə ev sahibliyi edir, böyük enerji layihələri həyata keçirir, dünya ölkələri ilə əməkdaşlığını daha da genişləndirir, inkşafa, sülhə və tərəqqiyə hesablanmış böyük təşəbbüslər irəli sürür. Eyni zamanda bu gün dünyanın tanınmış ölkələri Azərbaycanla əlaqələr qurmağa, mövcud əlaqələri daha dərinləşdirməyə və ölkəmizin həyata keçirdiyi layihələrdən bəhrələnməyə çalışır. Qeyd olunan bütün amillər ölkəmizin dünya miqyasındakı gücünün və etibarının göstəricisidir.
Müşavirədə qeyd edildiyi kimi, Azərbaycan tanınmış dünya miqyaslı təşkilarla da yaxından əməkdaşlıq edir. Ölkəmiz üzv olduğu bütün təşkilatlarda fəal iştirak edir, böyük təşəbbüslər irəli sürür. Azərbaycan tərəfindən irəli sürülən bütün təşəbbüslər dünya ölkələri tərəfindən təqdir edilir və dəstəklənir.
Həmçinin hazırda Avropa İttifaqı-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı geniş müzakirələr aparılır. Yaxın günlərdə Avropa İttifaqı ilə Azərbaycan arasında önəmli sənəd – enerji təhlükəsizliyi ilə bağlı sənəd imzalanacaq və bizim əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldıracaqdır.
Azərbaycanın qonşu ölkələrlə əlaqələrinin inkişafı ölkəmiz üçün hər zaman əsas prioritetlərdən biri olub. Bu istiqamətdə Rusiya, İran, Gürcüstan prezidentləri ilə təşkil olunan görüşlər əlaqələrin inkişafı üçün zəmin yaradır.
Xüsusi olaraq qeyd edilməlidir ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan hər zaman fəallıq göstərmişdir. Türk dövlətləri ilə əlaqələrin inkişafı prioritet məsələlərdən biridir və həm siyasi dəstək qarşılıqlı surətdə ifadə olunur, həm ikitərəfli, həm çox tərəfli formatda önəmli layihələr üzərində müzakirələr aparılır Nəqliyyat, energetika, digər sahələr üzrə fəal əməkdaşlıq aparılır.
Hal-hazırda Azərbaycan dünya üzrə ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına sədrlik edir və ölkəmizin sədrlik etdiyi müddət ərzində təşkilatın fəaliyyətində böyük və görünməmiş canlanma müşahidə olunmuşdur. Eyni zamanda təşkilata üzv olan 120 ölkənin yekdilliklə səsverməsi nəticəsində Azərbaycanın sədrlik müddəti 2023-cü ilin sonuna qədər uzadılmışdır. Azərbaycanın pandemiya dövründə həyata keçirdiyi insanyönümlü siyasət, digər ölkələrə yardımlar etməsi, Azərbaycan prezidentinin peyvəndlərin ədalətli bölgüsü ilə bağlı irəli sürdüyü təşəbbüslər dünya ölkələrinə böyük fayda gətirdi. Dəfələrlə dünya miqyaslı təşkilatlar Azərbaycanın nümunəvi üzv dövlət olmasını xüsusi qeyd etmiş və səmərəli fəaliyyətinə görə ölkəmizə, ölkə başçısı cənab İlham Əliyevə təşəkkür etmişlər. Əlbətdə bu gün Azərbaycanın dünya miqyasındakı yüksək mövqeyi, gücü və etibarı ölkə başçısı, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik, uzaqgörən və düşünülmüş xarici siyasətin nəticəsidir.

İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki