image-1backend

Azərbaycanın da iştirak etdiyi “ETERNITY 2024” komanda qərargah təlimi başlayıb – VİDEO

image-reklam_sirab_01

Gürcüstan Müdafiə Nazirliyi Gürcüstan, Azərbaycan və Türkiyə hərbçilərinin “ETERNITY 2024” komanda qərargah təliminin başlamasına dair məlumat yayıb.

Vətəninfo.az APA-ya istinadən verir ki, bu gün Gürcüstan Müdafiə Qüvvələrinin və NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinin poliqonunda çoxmillətli təlimin rəsmi açılış mərasimi baş tutub. Qeyd olunub ki, hərbi təlimin səhra və qərargah komponentlərində hər üç ölkənin hərbi qulluqçuları, həmçinin Gürcüstan Daxili İşlər Nazirliyinin Strateji Boru Kəmərlərinin Mühafizəsi Departamentinin və Gürcüstan Dəmir Yollarının nümayəndələri iştirak edəcək.
Açılış mərasimində təlim iştirakçıları qarşısında çıxış edən Gürcüstan Müdafiə Qüvvələri komandanının müavini, briqada generalı İrakli Çiçinadze təlimin uğurla başa çatmasını arzulayıb.

Təlim ssenarisinə əsasən, Vaziani təlim rayonunda strateji əhəmiyyətli obyektlərin və regionun iqtisadi layihələrinin müdafiəsi həyata keçiriləcək.
Qeyd olunub ki, “ETERNITY 2024” təlimləri çoxmillətli mühitdə qurumlararası koordinasiya və fövqəladə hallar üzrə kommunikasiyanı, həmçinin risklərin idarə edilməsini və qarşılıqlı əlaqəni təkmilləşdirməyi hədəfləyir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki