image-img-20220719-wa0002backend

Azərbaycanın dinamik inkişafı uğurla davam edir

image-reklam_sirab_01

Ölkəmiz 2022-ci ilin birinci yarısını uğurla başa vurdu. Bu dövr ərzində hər bir sahə üzrə nailiyyətlər qazanılıb. İyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə səslənən fikirlər və qeyd olunan faktlar bir daha təsdiqləyir ki, əvvəlki illərdə ölkə həyatının bütün sahələrində müşahidə olunan dinamik inkişaf bu ilin birinci yarısında da uğurla davam edib, göstəricilər yüksəlməkdədir. Belə ki, qeyri-neft-qaz sektorunda, sənaye, nəqliyyat, turizm və digər sahələrdə böyük nailiyyətlər əldə olunub, sənaye məhsullarının ixracı potensialı artıb, həmçinin yeni müəssisələr yaradılıb, daimi iş yerləri açılıb. Bütün bunlar dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı və uğurlu islahatlar nəticəsində ölkəmizin iqtisadi qüdrətinin durmadan artdığını göstərir.
Dünya iqtisadiyyatda baş verən mənfi meyillərə baxmayaraq, 2022-ci ilin birinci yarısında ölkə iqtisadiyyatında yüksək iqtisadi artım templəri müşahidə olunub. Belə ki, qeyri-neft-qaz sektorunun prioritet sahələri arasında əlavə dəyər qeyri-neft qaz sənayesində 11 faiz, o cümlədən qeyri-neft-qaz emalı sənayesində 15 faiz, nəqliyyat sektorunda 27 faiz, turizm və ictimai iaşədə 86 faiz, informasiya və rabitə sektorunda 14 faiz artıb. Sənaye zonalarının ölkədə sənayeləşmə proseslərinə töhfəsi artmaqdadır.
Cənab Prezidentin uzaqgörən siyasəti nəticəsində ölkəmizin enerji istehsalçısı olması və enerji ilə yanaşı, beynəlxalq əhəmiyyətli haba çevrilməsi, qeyri-neft nəqliyyat tranzit infrastrukturunun mövcudluğu, dövlət müəssisələrinin idarə edilməsində effektivliyin artırılmasının təsiri və kölgə iqtisadiyyatının azaldılmasına yönəlmiş fəaliyyətin nəticələrini qeyd edə bilərik. Vətəndaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılması, rifah halının yüksəldilməsi hər zaman dövlətimizin fəaliyyətinin prioritet istiqamətlərindən biri olub. Müşavirədə qeyd olunduğu kimi, ötən dövr ərzində əməkhaqlarında baş verən 14 faiz artım, həmçinin pensiyaların 10 faizdən çox artırılması bunu deməyə əsas verir. Bütün bu artımların mənbəyi var, bu da dövlət büdcəsidir.
İqtisadi uğurlar imkan verir ki, sosial sahəyə diqqət yetirilsin. Müharibədən sonra bir çox şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən mənzillər verilib. Bu il Bakı şəhərində bu məsələ artıq tam həll olunacaq. Keçən il 3 min mənzil və fərdi ev verilmişdir, bu il 1500 mənzil və ev verilir. Bütövlükdə, Birinci və İkinci Qarabağ müharibələrinin şəhid ailələrinə və müharibə əlillərinə 12 min 500 mənzil verilib.
Müharibədə sağlamlığına zərər gəymiş vəyəndaşlarımız üçün Reabilitasiya mərkəzləri yaradılıb və bu mərkəzlər ən müasir texnologiyalarla təchiz edilib. Müharibə əlilləri üçün, veteranlar üçün, şəhid ailələri üçün məşğulluq marafonları keçirilir. Ümumiyyətlə, bu kateqoriyadan olan insanları fəal işə cəlb etmək üçün böyük işlər görülür.
Eyni zamanda, Azərbaycan Qarabağı və Zəngəzuru yenidən qurur. Heç bir yerdən heç kim bizə bir manat yardım etməyib, hamısını dövlət büdcəsi hesabına edilir. İşğaldan azad edilən ərazılərdəki dağıdılmış şəhərləri qururuq, kəndləri qururuq, binalar tikilir. Artıq bu günlərdə məcburu köçkünlərin birinci qrupunun yeni qurulan Zəngilanın Ağalı kəndinə köçürülməyə başlanılıb.
Bu ilin altı ayında Azərbaycan həm də beynəlxalq müstəvidə də fəal siyasət həyata keçirib və bir çox uğurlara nail olub. Göründüyü kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dinamik inkişaf yolunda inamla irəliləyir.

Tufan Məmmədov – iqtisadçı-ekspert

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki