image-photo-2022-07-21-16-55-39backend

“Azərbaycanın enerji ehtiyatları həm də milli iqtisadiyyatın bütün sahələrinin dinamik inkişafının əsasını təşkil edir”.

image-reklam_sirab_01

Müstəqil Azərbaycan ildən-ilə güclənir,sürətlə inkişaf edir. Aparılan iqtisadi siyasət sayəsində Azərbaycanın makroiqtisadi inkişafında dayanıqlılıq təmin edilib və bir çox dövlətlərin uzun müddət ərzində əldə edə bilmədiyi yüksəliş tempinə nail olunub. Bu gün iqtisadiyyatda əldə edilmiş sıçrayışlı inkişafın və çoxsaylı nailiyyətlərin nəticəsi olaraq Azərbaycan keyfiyyətcə yeni pilləyə -modernləşmə mərhələsinə qədəm qoyub. İnkişafa aparan yol heç də hamar olmayıb. Müstəqilliyimizin ilk illərində Azərbaycan dövləti bir çox siyasi və iqtisadi problemlərlə üzləşib.
Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu tarixi şəxsiyyətin yorulmaz fəaliyyəti nəticəsində qısa müddət ərzində siyasi və iqtisadi sabitləşmə təmin edildi, Azərbaycan iqtisadiyyatının yenidən qurulması,dayanıqlı inkişaf mərhələsi başlandı.
Bundan sonra ölkənin daxili imkanlarının səfərbər olunması və zəngin neft ehtiyatlarından Azərbaycan xalqının rifahı naminə səmərəli istifadə edilməsini təmin etmək məqsədilə Milli Neft Strategiyası məharətlə həyata keçirilməyə başlandı.
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 Fevral tarixli fərmanı ilə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramı” qəbul edildi. Bu proqramın həyata keçirilməsi bölgələrin inkişafına,o cümlədən infrastruktur sahələrinin genişlənməsinə,sosial obyektlərin və yeni iş yerlərinin yaradılmasına,əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına təkan verdi. Proqramın icrası dövründə 27 mindən artıq yeni müəssisə yaradılmış,71.5 faizi daimi olmaqla 766 min yeni iş yeri açılmışdır. Yeni müəssisələrin 40 faizə qədəri , yeni iş yerlərinin 80 faizi regionlarda yaradılmışdır.
Uğurla həyata keçirilən iqtisadi siyasət sayəsində ölkə modernləşdirmə xətti ilə yüksək templə inkişaf edir və hazırda formalaşmış iqtisadi baza, maliyyə resursları,insan kapitalı imkan verir ki,növbəti illərdə Azərbaycan dövləti qarşıda duran yeni,böyük məqsədlərə çatmaq üçün daha sürətlə addımlasın.
Qasımova Fidan
Azərbaycan Dillər Universiteti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki