image-img-20211217-wa0011backend

Azərbaycanın haqlı mövqeyi bir daha təsdiq edildi

image-reklam_sirab_01

44 günlük İkinci Vətən müharibəsində Azərbaycanın tarixi Zəfəri ilə yeni reallıqar yaradan ölkəmiz dünyaya ədalətin, beynəlxalq hüququn norma və prinsiplərinin mövcudluğunu çatdırdı. Şanlı Zəfərimizdən ötən bir ildə dünya siyasətində baş verən yeniliklərə diqqət yetirsək supergüclərin, nüfuzlu beynəlxalq təşkilatların ölkəmizə dəstəyini aydın şəkildə görərik. Dövlət başçısı İlham Əliyevin Brüsselə işgüzar səfəri bu kimi məqamlara bir daha işıq saldı. Belə ki, ölkə Prezidentinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşləri zamanı müzakirə olunan məsələlərdə, əldə olunan nəticələrdə NATO və Avropa İttifaqının Azərbaycana dəstəkləri aydın ifadə olunur. Hər iki qurum Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsində maraqlarını sülh müqaviləsinin imzalanması üçün danışıqlara dəstək göstərməyə hazır olmaları ilə təsdiqləyirlər. Avropa İttifaqı Şurasının Prezidenti bəyanatında Azərbaycanın hərbi-siyasi qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmadan, həmçinin 11 yanvar 2021-ci il Moskva və 26 noyabr 2021-ci il Soçi görüşlərində imzalanan Bəyanatlardan irəli gələn öhdəliklərin yerinə yetirilməsinə çağırışlar edib ki, bu da Azərbaycanın mövqeyi ilə üst-üstə düşür.
Dövlət başçısı İlham Əliyevin Şərq Tərəfdaşlığının VI Sammitində çıxışı, Sammit şərçivəsində keçirdiyi ikitərəfli görüşlər, eyni zamanda, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin 5 saata yaxın görüşü postmünaqişə dövrünün reallıqlarının nəinki qəbulunu, onların icrası üçün səylər göstərildiyini ortaya qoydu. Azərbaycan hər zaman gələcəyə baxır. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz də bunun təsdiqidir. Azərbaycan qalibiyyəti təmin edən əsas şərtlərə nail olduqdan sonra “Dəmir yumruq” əməliyyatı ilə dünyaya səs saldı.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Emənistanın baş nazirinin Brüssel görüşünü Soçi zəfərimizin davamı kimi dəyərlənməlidir. Bu görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat infrastrukturunun, xüsusilə də dəmir yolu xəttinin çəkilməsi kimi məsələlər müzakirə olundu. Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib. Qeyd olunub ki, bölgədə regional nəqliyyat əlaqələrinin inteqrasiyası dövlətlər üçün yeni imkanlar qazandıracaqdır. Zəngəzur dəhlizi təkcə Naxçıvan Muxtar Respublikasına çıxış əldə etmək deyil, həm də Ermənistanın Naxçıvan Muxtar Respublikası vasitəsilə İranla dəmir yolu əlaqəsi üçündür. Ermənistan həm də Azərbaycan ərazisindən Rusiya ilə dəmir yolu əlaqəsi əldə edəcəkdir.

Təranə Zeynalova – BDU-nin professoru, tarix elmləri doktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki