image-babazade-dadasbackend

Azərbaycanın “Kiçik qalası” Ağdam.

image-reklam_sirab_01

29 ildən sonra nəhayət ki, ağdamlılar bir kəlmə var ki, onu daha işlətmirlər – Gün o gün olsun ……….. Ağdamda. Çünki, Azərbaycanın “Kiçik qalası” düşmən tapdağından azad olunub. Artıq bir ildir ki, 5897 şəhidin ruhu şaddır. Öz doğma ev-eşiyindən didərgin düşmüş 126 mindən çox ağdamlının vətən həsrətinə son qoyulub.

“Kiçik qala”nın saydıqca bitməyən mədəniyyət abidələri: Keçmiş SSRİ-də I, dünyada II olan “Çörək muzeyi”, Xındırıstan kəndində yerləşən “Üzərlik təpə abidəsi”, Xaçındərbətli kəndindəki “Qutlu Musa oqtugünbəzi”, Salahlı –Kəngərli kəndindəki “Türbə və daş abidələri”, Paprəvənd kəndindəki “Xanoğlutürbəsi”, Qarabağ xanı Pənahəli xanın və onun nəslinin Ağdam şəhərindəki “İmarət”, “Şahbulaq qalası” yaralı ürəyi ilə igid oğullarının yolunu gözləyirdi. 5 il yaranan “Kiçik qala” 44 günə azadlığa qovuşdu. 20 noyabr 2020-ci il Ağdam rayonunun işğalına son qoyuldu.

Şirin Mirzəyev (Milli Qəhrəman), Asif Məhərrəmov (Milli Qəhrəman), Allahverdi Bağırov (Milli Qəhrəman), Yelmar Edilov (Milli Qəhrəman), Əlabbas İsgəndərov, Hidayət Rüstəmov kimi 16 Milli Qəhrəmanın davamçıları mənfur bağrını yararaq şəhəri azad etdi.

Ali Baş Komandan İlham Əliyev dəmir yumruğunun ətrafında birləşən həmin oğullar Ağdam adlı sönmüş ümidimizi yandırdılar. İşğal edilmiş torpaqlara qayıtmaq, yurd-yuvamızı görmək arzusu xəyallara dönmüşdü, daşlaşmışdı, röyalarımıza hopmuşdu. Amma birdən hər şey dəyişdi. Uca Allah möcuzə göstərdi. Onun iradəsi bərqərar oldu. Közərmiş ümidlərimiz alovlandı, yatmış ruhsuz arzularımız yenidən çağladı. Lakin Ağdamın erməni vandalizminin vəhşiliyi nəticəsində xarabalığa çevrilən mənzərəsi ürək sızladır. Burada yerləşən Şəhidlər xiyabanında eşilmiş məzarlar, Ağdam Dövlət Dram teatrının qalıqları, Qarabağ xanlarının abidələr kompleksi “İmarət”qəbiristanlığı, Şahbulağ qalası kiçik qalanın necə ağır sınaqlardan keçdiyini bir daha sübut edir.

Hər birimiz böyük ümidlərlə Müzəffər Ali Baş Komandanın ətrafında birləşərək “Qafqazın Xirosiması”na çevrilmiş şəhərimizin həyata qayıtdığı günü səbirsizliklə gözləyirik. 23 noyabr 2020-ci il Ali Baş Komandamızın əli ilə qaldırılan “Bayraq” əslində xalqımızın göylərə qalxan ümidləri, arzuları idi.

Dövlətimizin başçısı və birinci xanım Ağdam məscidini ziyarət edərək Məkkədən gətirdiyi “Qurani-Kərimi” bağışladı. Bu Müzəffər Ali Baş Komandanın Allaha inamını bir daha dünyaya sübut elədi. O, həm Allaha, həm xalqına inanaraq bu çətin yolda “Dəmir yumruğunu” bükdü və xalqı öz ətrafına toplayıb düşmənə qalib gəldi. Bütün dünyaya sübut etdi ki, illərdir nüfuzlu Beynəlxalq Təşkilatların yerinə yetirə bilmədiyi öhdəlikləri biz bir vətəndaş – ata vəsiyyətini yerinə yetirən oğul kimi yerinə yetirdik.

 

Suraxanı rayonu, 89 nömrəli tam orta

məktəbin direktoru Babazadə Dadaş


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki