image-p-2backend

Azərbaycanın mövqeyi dəyişməzdir!

image-reklam_sirab_01

27 sentybar 2020-ci  Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək və Ermənistanın təxribatların son qoymaq məqsədi ilə bütün cəbhəboyu ərazilərdə əks hücum əməliyyatlarına başladıqdan sonra  müharibənin ilk vaxtlarından başlayaraq ölkə başçısı Prezident İlham Əliyev bir çox xarici ölkələrin xəbər saytlarına müsahibələr vermişdir. Müharibə bitdikdən sonra da müsahibələr davam etdi. Bir çox xarici media nümayəndələri münaqişə məsələsində neytral mövqe göstərsələr də, bəzi xarici media nümayəndələri münaqişə ilə bağlı fikirləri neytral yox, Azərbaycana qarşı qərəzli olmuşdur. Lakin bütün bu cür müsahibələrdə qərəzli mövqe nümayiş etdirməyə çalışan jurnalistlərin sualları İlham Əliyev tərəfindən dəqiq faktlarla cavalandırılmışdır. Bu qətiyyətli  cavablar müharibə cinayətlərinin hansı tərəfin törətməsinin açıq şəkildə isbatıdır. Vətən müharibəsinin başlamasından bir ildən çox vaxtın keçməsinə baxmayaraq, hazırda da Qarabağın gələcək inkişafı və bu ərazilərlə bağlı planlar xarici medianın diqqət mərkəzində qalmaqda davam edir.

2 oktyabr 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə verdiyi müsahibədə Azərbaycan – Ermənistan tərəfləri arasındakı münasibətləri, Rusiya, Türkiyə və İranın bu məsələdə mövqeyi, regionun sülh şəraiti və bundan sonrakı inkişaf perspektivləri haqqında sualları cavablandırmışdır.  Cavabı axtarılan ilk suallardan biri Azərbaycan və Ermənistan arasındakı danışıqlar prosesi və iki ölkə başçılarının nə vaxt görüşməsi ilə bağlı olmuşdur.Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycan qalib tərəf olaraq sülhün təfərrüatlarını müəyyən etməyə və danışıqların aparılmasına hazırdır. Danışıqlar və təmaslar artıq başlamışdır. Azərbaycan, Ermənistan və Rusiyanın Baş nazirlərinin müavinləri səviyyəsində əməkdaşlığın formatı mövcuddur və bu format kommunikasiyaların açılması məsələsinə həsr olunub. Həmçinin, BMT Baş Assambleyasının sessiyası çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü baş tutub və bu görüş konstruktiv olmuşdur. Azərbaycanın mövqeyi müharibə bitəndən sonra dəyişməz olaraq qalır. Azərbaycan Ermənistanla hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında normal münasibətlər qurmaq istəyindədir. Dövlətimiz sərhədlərin delimitasiyasına və dərhal sonra demarkasiyasına başlamağa hazırdır. Gələcək sülh sazişi üzərində Ermənistanla işləməyə başlamağa da hazırıq. Lakin Ermənistan hələ də müsbət cavab verməyib. Amma buna baxmayaraq, Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Hesab edirik ki, bu il ərzində daha çox irəliləyişərə nail olmaq olar. Aparılacaq danışıqlar regionun tarixində yeni inkişaf mərhələsinin başlanmasının səbəbi olmalıdır. Biz Ermənistanın baş naziri Nikol Paşinyanla ilə istənilən vaxt görüşə hazırıq.

Qarabağın statusu və ermənilərin etnik xalq olaraq yaşaması məsələləri  ilə bağlı sualı cavablandıran ölkə başçısı bildirmişdir ki, 30 illik danışıqlar prosesi ərzində Azərbaycan yalnız konstruktiv mövqedən çıxış etmişdir. Münaqişə öz həllini tapdıqdan sonra, artıq mövcud olmayan “Dağlıq Qarabağ” adlandırdıqları “qurum”un statusu haqqında danışmağın yeri yoxdur. Çünki Dağlıq Qarabağ mövcud deyil. Azərbaycanın ərazisində belə inzibati vahid yoxdur. Cari ilin 7 iyul tarixində Prezident İlham Əliyev tərəfindən imzalanmış Fərmanla Azərbaycanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradılmışdır. Birgəyaşayış regionun qaçılmaz gələcəyidir. Bu gün Rusiya sülhməramlılarının məsuliyyət daşıdığı ərazidə – Qarabağda yaşayan 25 minə yaxın etnik erməni Azərbaycan vətəndaşıdır. Onların fərqli dini və ya etnik mənşəyi olan istənilən digər Azərbaycan vətəndaşı kimi eyni hüquqları, imtiyazları və öhdəlikləri olacaq, ancaq status məsələsində mövqeyimiz dəyişməz olaraq qalır.

İlham Əliyev İşğaldan azad olunmuş ərazilərin bərpasında beynəxalq təşkilatların rolu, həmçinin Rusiya, Türkiyə, İranın regiondakı rolunu ilə bağlı açıqlamasında qeyd etmişdir ki, ərazilərin qısa müddət ərzində bərpa olunması kimi mühüm məsələlərdə beynəlxalq təşkilatların fəallığı və obyektiv mövqeyi böyük rol oynayır. Mina xəritələri kimi mövzular Avropa İttifaqı nümayəndələri arasında çoxsaylı təmaslarda müzakirə edilir. Avropa İttifaqı yenidənqurma və dinc mühitin yaradılması kimi müxtəlif sahələrdə təcrübəyə malikdir. Avropa İttifaqı delimitasiya prosesində iştirak etmək və hər iki tərəfi razılığa gətirməklə bağlı niyyətini ifadə etdi. Azərbaycan bu cür təşəbbüsləri dəstəkləyir. Avropa İttifaqı bizə delimitasiya, kommunikasiyaların açılması və postmüharibə dövründə inkişaf məsələlərində yardım edə bilər. Türkiyə və Rusiya faktoru təkzibolunmazdır. Türkiyə müharibənin ilk günlərindən etibarən Azərbaycana siyasi və mənəvi dəstək göstərib. Müharibə bitdikdən sonra Türkiyə, o cümlədən Rusiya gələcək regional inkişafda və sabitlikdə çox mühüm rol oynayır. Rusiya və Türkiyə Qarabağ bölgəsinin Ağdam rayonunda birgə monitorinq mərkəzini yaradıblar. Eyni zamanda, Rusiyanın sülhməramlıları erməni əhalinin yaşadığı yerlərdə sülhün mühafizəsi tədbirlərini görürlər. Türkiyə və Rusiya Azərbaycanın iki qonşusu kimi, sabitlik, təhlükəsizlik və gələcək inkişaf sahəsində çox mühüm rol oynayırlar. Azərbaycan “3+3” regional əməkdaşlıq platformasına dair Türkiyənin təklifini dəstəkləyir. Cənubi Qafqazın üç dövləti arasında və onların qonşuları ilə Türkiyə, Rusiya və İranla fəal regional əməkdaşlıq sülhü və dayanaqlı inkişafı təmin edə bilər. Ermənistan bu məsələdə yenə də qeyri-konstruktiv mövqe sərgiləyir. Əgər regionun altı ölkəsi arasında bu cür əməkdaşlıq formatı yaransa, yeni təhdidlərin qarşısı alınacaqdır.

Həmçinin  Prezident İlham Əliyev verilən suallar çərçivəsində müharibə əsirləri, mina xəritələrinin Azərbaycana qaytarılması ilə bağlı saxtakarlıq, müharibə tərəflərinə göstərilən yardımlardan obyektivlik, Azərbaycan və Ermənistan arasındakı güc balası məsələlərinə də aydınlıq gətirmişdir ki, beynəlxalq konvensiyalara əsasən, müharibə əsirləri müharibə zamanı saxlanılmış və ya əsir götürülmüş insanlardır. Müharibə zamanı saxlanılmış bütün şəxslər müharibə başa çatan kimi Azərbaycan tərəfindən dərhal Ermənistana qaytarılıb. Müharibənin başa çatmasından və Ermənistanın kapitulyasiya aktını imzalamasından iki həftə sonra Azərbaycana göndərilən adamlar azad etdiyimiz ərazilərdə dekabrın əvvəlində saxlanılıblar. Bunlar 62 nəfərdən ibarət olub və onların bəziləri cinayətlər törədiblər. Onlar hərbçilərimizə hücum edib və dörd nəfəri qətlə yetiriblər. Yəni, bunlar müharibə əsirləri deyil, onlar azərbaycanlı mülki əhaliyə və hərbçilərə hücum etmək məqsədilə göndərilmiş terrorçu və diversiya qrupunun üzvləridir. Mina xəritələrinin Azərbaycana təhvil verilməməsi Ermənistanın hərbi cinayətkar ölkə olmasının növbəti sübutudur. Azad olunmuş ərazilərdə yüz minlərlə mina basdırılıb. İlkin olaraq, minalanmış ərazilərin xəritələri tərəfimizdən tələb edildikdə, Ermənistan hökuməti ən yüksək səviyyədə bəyan edirdi ki, onlarda belə xəritələr yoxdur. Müharibə bitdiyi bir ilə yaxın dövrdə Ermənistanın xəritələri bizə verməməsi nəticəsində mülki vətəndaş və hərbçilərimiz arasında 150 nəfər həlak olmuş və ya ağır yaralanmışdır. Təqdim olunmuş bəzi xəritələrin dəqiqliyi yalnız 25 faizdir. Ölkələrə göstərilən yardımlarda obyektiv mövqe qorunmalıdır. Avropa İttifaqı ilə iqtisadi yardım məsələsi ətrafında müzakirələr aparılır. Avropa İttifaqı Ermənistan üçün 2,6 milyard avro həcmində iqtisadi yardım paketinin hazırlanması prosesindədir. Gözləntimiz ondan ibarətdir ki, həmin həcmdə məbləğ eyni şərtlərlə Azərbaycana da təklif edilsin. İstər qrant, istərsə də kredit – burada bərabərlik olmalıdır. Çünki işğaldan əziyyət çəkmiş olan ölkə bizik. Bizim 10 min kvadratkilometr sahəyə malik olan, tamamilə dağıdılmış ərazimiz, yüzlərlə şəhər və kəndlərimiz var. Ərazilər minalardan təmizlənməlidir – insanların həyatını təhlükə altında qoya bilmərik. Minalardan təmizləmə işini Azərbaycan özü həyata keçirir. Lakin bu işlər vaxt tələb edir. Bununla belə, mülki əhali üçün artıq qəsəbə, şəhər və kəndlərin  tikilməsi prosesi başlanılmışdır. Elektrik enerjisi infrastrukturu bu ilin sonuna qədər tam hazır olacaq. Ola bilsin, bu ilin sonuna və ya gələn ilin əvvəlinə azad olunmuş ərazilər öz ilk sakinlərini qəbul edə biləcək. Azad olunmuş ərazilərin yenidən qurulmasına yalnız bu il üçün 1 milyard 300 milyon dollar həcmində vəsait ayrılmışdır.Azərbaycan ilə Ermənistan arasında güclər balansı xeyli il bundan əvvəl dəyişdi və beynəlxalq ictimaiyyət regionda yaranmış yeni reallıqları nəzərə almalıdır. Ölkələrimizin potensialı müqayisəolunmazdır. Ola bilsin, erməni hökuməti Azərbaycan qarşısında şanssız olduğunu, əraziləri dinc yolla boşaltmadığı təqdirdə ciddi çətinliklərlə üzləşəcəyini real şəkildə qiymətləndirə bilmədi. Bunun nəticəsidir ki, Ermənistan məğlubiyyət kimi faciə ilə üzləşib.

Müharibədən sonra bir çox məsələlərin gələcək planları haqqında məlumat verən İlham Əliyev həm də gələcəkdə Azərbaycanın iqtisadi əməkdaşlığı, qaz ehtiyati və ixracatı haqqında da informasiyalar vermişdir ki, Azərbaycan etibarlı iqtisadi tərəfdaşdır. Azərbaycan təbii qazını Avropaya ixrac etməyə ötən ilin son günü – dekabrın 31-də başladı. Həmin vaxtdan etibarən ixrac profili artmaqdadır. Azərbaycan 15 il ərzində Avropa bazarında etibarlı neft təchizatçısı kimi çıxış edir. Ölkəmizin təbii qazın qiyməti digər mənbələrdən daxil olan qazdan ucuzdur. Bu qaz yeni mənbədən gəlir. Cənub Qaz Dəhlizinin vacibliyi nəinki əlavə qaz həcmləri, o cümlədən alternativ mənbə olması ilə izah edilir. Bu, enerji təhlükəsizliyi məsələsidir. Azərbaycanda təbii qazın təsdiq edilmiş ehtiyatları 2,6 trilyon kubmetrdir. Bu cür qaz ehtiyatları öz istehlakımız və ixrac üçün ən azı 100 ilə kifayət edər. Azərbaycanın neft və qaz sektoruna böyük enerji şirkətləri arasında maraq artır. Gələcəkdə təchizat coğrafiyası Avropada Balkanlara və Şərqi Avropanın bir sıra digər ölkələrinə qədər genişləndirilə bilər.

 

 

 

 

 

 

Bakı Slavyan Universiteti

Aypara Babayeva / Nəsimi rayon gənci

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki