image-img_0683backend

Azərbaycanın musiqi və rəqs inciləri Meksikada təqdim olunub

image-reklam_sirab_01

Meksikanın Tampiko şəhərində ölkə müstəqilliyinin 200 illiyi münasibətilə təşkil olunan yubiley tədbirlərində Meksika hökuməti, Azərbaycan Mədəniyyət Nazirliyi və Mexikodakı Səfirliyimizin dəstəyi ilə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının instrumental heyətinin təqdimatında 26 sentyabr tarixində konsert proqramı keçirilib.

 

İlk olaraq, tədbirdə çıxış edən edən səfir Məmməd Talıbov Meksikanın müstəqillik gününün Azərbaycanda Vətən müharibəsi şəhidlərinin Anım Günü ilə üst-üst düşdüyünü, eləcə də bu il Meksikada müstəqilliyin 200 illik yubileyinin, Azərbaycanda isə müstəqilliyin bərpa olunmasının 30 illiyinin qeyd edildiyini vurğulayıb, əlamətdar yubiley münasibətilə Azərbaycan hökuməti və xalqı adından Meksika hökuməti və xalqını təbrik edib.

 

Sonra iştirakçılara Azərbaycanın zəngin musiqi ənənələri, bu xüsusda aşıq, muğam sənəti, xalq və klassik musiqi irsi, tanınmış bəstəkar və vokal ifaçıları, habelə ökəmizdə təşkil olunan mötəbər beynəlxalq musiqi festivalları, o cümlədən 28 il sonra işğaldan azad edilmiş, Azərbaycanın mədəniyyət beşiyi Şuşa şəhərində bir neçə ay öncə keçirilmiş möhtəşəm beynəlxalq “Xarıbülbül” musiqi festivalı haqda məlumat verilib.

 

Tədbirdə çıxış edən Tampiko şəhər hökumətinin nümayəndəsi Azərbaycanın Meksika üçün əlamətdar olan bu tədbirdə iştirak edərək öz zəngin musiqi irsini yerli auditoriyaya canlı şəkildə təqdim etməsinə görə minnətdarlığını bildirib.

 

Ardınca ansamblın ifasında tamaşaçılara Azərbaycanın xalq və bəstəkar mahnıları, muğam kompozisiyaları, milli və əcnəbi klassik musiqi nümunələri və milli rəqs nömrələri təqdim olunub. Musiqiçilərimizin çıxışı Meksika auditoriyası tərəfindən böyük coşğu ilə qarşılanıb.

 

Sözügedən konsert COVİD-19 pandemiyası başlayandan bu günədək Tampiko şəhərində baş tutmuş ilk mədəni tədbir olub.

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki