image-2934ca22-4033-417d-b3bb-d667d801e962backend

Azərbaycanın siyasi partiyaları qardaş Türkiyəyə dəstəkdir

image-reklam_sirab_01

ABŞ Prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” ilə bağlı müraciəti və “genosid” kəlməsini işlətməsi uzun illər ərzində erməni lobbisinin böyük pullar sərf edərək apardığı lobbizmin nəticəsi, eyni zamanda, Türkiyəyə siyasi təzyiq vasitəsidir.
ABŞ adminstrasiyasi və Konqresdə erməni lobbisinin təsirində və mailiyyə aslılığında olan çoxlu sayda rəsmi şəxslər vardır. Qondarma “erməni soyqırımından” öz siyasi məqsədləri üçün istifadə edənlər, bu dəfə Türkiyənin regionda və dünyadakı nüfuzundan qorxaraq belə bir addım atılmasına nail oldular. Bu addım Türkiyəyə qarşı uğursuz təzyiq cəhdidir. Aydındır ki, hazırki vəziyyətdə 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbə qazanması və ərazi bütövlüyünü təmin etməsi, bu məsələdə Türkiyənin Azərbaycanın yanında olması ABŞ və ermənipərəst dairələri narahat edirdi. Türkiyənin milli maraqları əsasında müstəqil siyasətini həzm edə bilməyən ABŞ və ermənipərəst dairələr, eyni zamanda, Avrasiyada və xüsusilə Yaxın Şərqdə nüfuzu azalmaqda olan ABŞ-ın regionda milli maraqlarına zərbə vurdular. Sadəcə bu bəyanatın özü ABŞ-ı nüfuzdan salır. NATO ölkəsi olan Türkiyəyə indiki vaxtda bu cür təzyiq cəhdi uğursuzdur. Bunun heç bir nəticəsi olmayacaq.
Baydenin “erməni soyqırımı” bəyanatından sonra Azərbaycan Prezidenti cənab İlham Əliyev başda olmaqla Azərbaycan ictimaiyyəti dərhal hərəkətə keçdi. Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng etməsi və ABŞ prezidentinin mövqeyinin tarixi səhv adlandırması birliyimizin, sarsılmazlığının daha bir nümunəsidir.
Eləcə də ölkəmizdə bütün ictimaiyyət nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar ABŞ prezidentinin qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı yanlış mövqeyinə dair bəyanat yaydı. 48 siyasi partiyanın qısa bir müddətdə bəyanat imzalaması tarixi hadisədir.
Siyasi partiyaların etiraz bəyanatlarında bildirilir ki, tarixi saxtakarlıqlar üzərində qurulmuş erməni dövlətçiliyi bütün dövrlərdə müxtəlif təxribatlara əl atıb. Onilliklər ərzində erməni təbliğat maşını və onun havadarları Osmanlı imperiyasında ermənilərə qarşı “soyqırımı” törədildiyini sübut etməyə və bütün dünyanı buna inandırmağa cəhd göstərib. Həqiqət isə odur ki, Birinci Dünya müharibəsi zamanı çətin döyüş şəraiti, daxili münaqişələr, aclıq və xəstəliklər üzündən çoxlu sayda erməni həyatını itirib. Lakin məqsədyönlü şəkildə unudulur ki, həmin dövrdə ermənilərdən daha çox türklər həlak olub.
Son dövrlər qondarma “erməni soyqırımı” iddialarının dünya gündəmində yer almasının səbəbkarı təkcə Ermənistan və erməni lobbisi deyil, həmçinin regionla bağlı imperialist maraqlar güdən qlobal güclərdir. Qondarma “erməni soyqırımı” anlayışı yalnız siyasi təzyiq alətidir və ikili standartlar siyasətinin təzahürüdür. Yaxşı olardı ki, “tarixi həqiqətlər axtarışı”nda olan qüvvələr erməni millətçilərindən Mərkəzi Anadoluda törətdikləri amansız qətllərin hesabını istəyərdilər.
Çox sayda hökümət təşkilatları müxtəlif formatlarda bəyanat imzaladı, eyni zamanda, KİV-lər, sosial şəbəkə istifadəçiləri Azərbaycanın Türkiyə ilə həmrəy, qardaş ölkənin yanında olduğumuzu bildirərək Baydenin bəyanatını tarixin saxtalaşdırılması adlandırdı. Hesab edirik ki, bu tarixi saxtalaşdırmalar regionda Azərbaycan və Türkiyənin artmaqda olan nüfuzuna zərbə vurmağa hədəflənmiş uğursuz cəhdlərdir.
Türkiyə və Azərbaycan regionda yeni siyasi konfiqurasiya qurur. Görünən odur ki, bu əməkdaşlıq ABŞ prezidenti Co Baydeni ciddi narahat edir. Lakin heç bir vasitə Azərbaycan və Türkiyənin regionda artan nüfuzuna xələl yetirməyəcək. Bəllidir ki, Amerika prezidentinin “erməni soyqırımı” ifadəsini işlətməsinin hər hansı bir beynəlxalq hüquq aspekti yoxdur. Bu səbəblə biz Azərbaycan və Türkiyə, iki qardaş, regional ölkə kimi öz yolumuzda davam edəcəyik.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki