image-arzuman_muradli-yeni_foto_-2backend

Azərbaycanın sürətli inkişafı, ərazilərini işğaldan azad etməsi Avropadakı bəzi dairələri narahat edir

image-reklam_sirab_01

“Azərbaycan dövlətinin erməni işğalı altında olan ərazilərini azad etməsi, orada apardığı geniş quruculuq-abadlıq işləri, eləcə də ölkəmizin sürətli inkişafı Avropadakı bəzi ermənipərəst dairələri, həmçinin Ermənistanın marağından çıxış edən ölkələri ciddi şəkildə narahat edir. Ona görə də mütəmadi olaraq Azərbaycana qarşı addımlar atılır”. Bu fikirləri  “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri qeyd edib ki, bir neçə gün əvvəl Avropa İttifaqının reallıqdan çox-çox uzaq olan və Azərbaycana qarşı qərəz, böhtan üzərində qurulmuş qətnamə qəbul etməsi, eləcə də Avropa İttifaqı missiyasının qarşıdakı iki il müddətində Azərbaycanla sərhəddə yerləşdirilməsi qərarı deyilənlərin əyani sübutudur: “Hər kəsə məlumdur ki, bütün bunlar Fransanın himayəsi, diktəsi ilə həyata keçirilir. 44 günlük Vətən müharibəsində Fransa Ermənistanı qorumağa, Azərbaycanın ərazilərini işğaldan azad etməsinə ciddi cəhdlə mane olmağa çalışdı, lakin bunu bacarmadı. İndiki mərhələdə Ermənistanın sülh müqaviləsindən yayınması bu ölkənin növbəti dəfə cəzalandırılması üçün şərait yaradır. Bunun baş verəcəyi təqdirdə isə Ermənistanın bir dövlət kimi xəritə qalıb-qalmayacağı qeyri-müəyyəndir. Ona görə də Fransa, eləcə də digər ermənipərəst Avropa dövlətləri Ermənistanı qorumaq, onu mühafizə etmək üçün bu cür qanunsuzlqulara əl atırlar”.

Arzuman Muradlı hesab edir ki, bu kimi hərəkətlər, Avropadan ortaya qoyulan belə ədalətsiz yanaşma Ermənistanı daha qeyri-konstruktiv etməklə yanaşı, separatizmə də stimul verir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki