image-reklam-veteninfo
image-photo-2022-02-25-09-05-22backend

“Azərbaycanın türk dövlətləri ilə münasibətləri” Uzun illər ərzində türk dünyası beynəlxalq münasibətlər sisteminin mühüm subyekti kimi diqqət mərkəzində olmuşdur.

image-reklam-veteninfo

2009-cu il oktyabr ayının 3-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentləri tərəfindən imzalanan Naxçıvan Sazişi ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qurulması, əlbəttə ki, türk dünyasının siyasi çəkisini artırmış və beynəlxalq faktor kimi təsirini genişləndirməyə imkan yaratmışdır.
Türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Sazişə əsasən Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir.
Türk Şurası ötən illər böyük inkişaf yolu keçib. Təşkilat 12 il ərzində bütün atributları və səlahiyyətləri ilə və tamhüquqlu beynəlxalq təşkilat kimi mövcud olsa da, adının dəyişdirilməsi ona yeni, xüsusi status verib, beynəlxalq aləmdə nüfuzunu və rolunu artırdı. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə arasında qurulan təşkilatın bu qısa müddətdə üzvlərinin sayı 7-yə çatıb, daha 2 dövlət — Macarıstan və Türkmənistan isə müşahidəçi statusu alıb. Beləliklə, Türk Dövlətləri Təşkilatının ortaq bayrağı altında dünyada bütün suveren və müstəqil türk dövlətləri birləşib, həmçinin qurumda özünü türk dünyasının bir hissəsi hesab edən Macarıstan da təşkilatda yer alıb.
2021-ci il 12 noyabr tarixində İstanbulda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə dünyanın siyasi sistemində önəmli bir platformaya çevrilməkdə olan Türk Şurasının bundan sonra Türk Dövlətləri Təşkilatı adı ilə fəaliyyətini davam etdirməsi haqqında qərar qəbul edilmişdir.
“Təşkilat” statusu türk dövlətlərinə imkan verir ki, bütün sahələrdə əlaqələri daha yüksək səviyyəyə qaldırsınlar. Tarixi İstanbul Zirvə görüşündə olduqca mühüm olan “Türk dünyasına baxış — 2040” konsepsiyası qəbul edildi və liderlər arasında Bəyannamə imzalandı. Türk dünyası dövlətlərinin gələcək hədəflərini müəyyənləşdirən bəyannamədə əhəmiyyətli məqamlar yer almışdır.
Zirvə görüşündə mühüm qərarlardan biri təşkilatın müşahidəçiləri və tərəfdaşları ilə bağlı müddəaların qəbul edilməsi olub. Daha bir mühüm qərar, türk dünyasının ilk maliyyə qurumu olan Türk İnvestisiya Fondunun yaradılması olub. Fondun yaradılması təşkilata üzv ölkələr arasında əməkdaşlığın gücləndirilməsində, ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların həcminin artırılmasında böyük rol oynayacaq.
Azərbaycan Türk Dövlətləri Təşkilatı ilə yanaşı, bu qurumun əlaqəli orqan və qurumları olan TÜRKSOY, TÜRKPA, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Biznes Şurası ilə də sıx əməkdaşlıq edir və üzv ölkələr arasında elm, təhsil, mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq səviyyədə türk dünyasının ortaq dəyərlərinin tanıdılması və təşviq edilməsi sahəsində aktiv rol oynayır. Təsadüfi deyildir ki, təşkilatın 2012-ci ildə Bişkekdə keçirilmiş İkinci Zirvə görüşündə Azərbaycanın təşəbbüsü ilə yaradılmış Türk Mədəniyyəti və İrsi Fondu 2015-ci il tarixindən etibarən qərargahı Bakı şəhərində yerləşməklə beynəlxalq təşkilat kimi fəaliyyətə başlamışdır.
Türk Dövlətləri təşkilatı beynəlxalq qurumlarla əməkdaşlığa böyük önəm verir. Təşkilat artıq İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, ATƏT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi, BMT-nin bir sıra qurumları ilə əlaqələr qurmuşdur. Hazırda bu gün bir çox dövlətlər Türk Dövlətləri təşkilatlarında status almaq arzusunu ifadə edib ki, bu da onun yüksək beynəlxalq nüfuzuna dəlalət edir.
Əliyeva Aytac Habil –YAP üzvü

 

 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki