image-photo-2022-07-21-16-28-50backend

Azərbaycanın xarici siyasətində enerji təhlükəsizliyin rolu daha da artır.

image-reklam_sirab_01

Müstəqilliyini əldə etdikdən sonra Azərbaycan Respublikasının xarici siyasətindəki əsas istiqamətlərdən biri enerji siyasəti olmuşdur. Bu siyasət öz daxili enerji təhlükəsizliyin təmini və digər dövlətlərin enerji təhlükəsizliyinin təmin edilməsinə veriləcək töhfə olmaqla iki əsas istiqamətdən ibarətdir. Məlum olduğu kimi bu siyasətin reallaşmasında ölkənin enerji ehtiyatlarının hasilatı və əldə olunan ehtiyatların beynəlxalq bazarlara çıxarılması yolları üçün yeni imkanların yaradılması əsas məqsəd daşıyır.
Aparılan düzgün daxili və xarici siyasət, geniş miqyaslı islahatlar nəticəsində sosial-iqtisadi istiqamətdə əldə edilən yüksəliş enerji hasilatına təsirsiz ötüşməyib və nəticədə Azərbaycan Avropanın neft və qazla təminatında mühüm yer tutmuş olur. Xüsusilə vurğulamaq lazımdır ki, Xəzər hövzəsi dünya üçün vacib karbohidrogen mənbəyi olması da Avropanın həmişə diqqətindədir. Buna görə də Azərbaycan Xəzər hövzəsindəki böyük neft şirkətləri ilə ən yüksək əməkdaşlıq əlaqələri yaradan ölkədir.
Həmçinin qeyd etməliyik ki, təkcə neft və qazdan əldə edilən enerji deyil, eyni zamanda külək, günəş, bio-yanacaq kimi bərpa olunan enerji mənbələri də enerji hasilatında mühüm rola sahibdir. Enerji təhlükəsizliyi istiqamətində bərpa olunan enerjinin əhəmiyyəti dünya üzərində zaman keçdikcə əhəmiyyətli dərəcədə rolu artır. Bu isə ona gətirib çıxırır ki, enerji təhlükəsizıiyi milli təhlükəsizliyin mühüm tərkib hissinə çevrilir.
Enerji təhlükəsizliyin ölkə üzərindəki əhəmiyyətini dərindən anlayan və ölkənin əsas daxili və xarici siyasətində buna xüsusi yer verən Cənab Prezident İlham Əliyev 18 iyul tarixində Avropa Komissiyasının Prezidenti xanım Ursula fon der Lyayen ilə Bakıda keçirilən görüşdən sonra mətbuata açıqlamasında vurğulayıb:
“Azərbaycanın başlatdığı və Avropa İttifaqının, o cümlədən tərəfdaşlarımızın dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişir. Biz neft hasilatı ilə başladıq. Sonra, qaz hasilatına keçdik. Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəmərini çəkdik. Əlbəttə ki, 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəməri sistemlərini inteqrasiya etdi və bununla təbii qazımız Avropa qitəsinə çatdırılır. İki ildən az müddətdə Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir. Bütün seqmentlər istismar olunur. Biz bu əməkdaşlığın müsbət faydasını artıq görürük. Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq təbii ki, böyük nailiyyətdir”.
Azərbaycan Dillər Universitetinin magistrantı Kəmalə Həsənova

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki