image-download-1backend

Azərbaycanın Zəfər Günü Özbəkistanda qeyd edilib

image-reklam_sirab_01

Özbəkistanın paytaxtı Daşkənddə xalqımızın Zəfər Günü münasibətilə tədbir keçirilib

Tədbirdə Milli Məclisin İntizam komissiyasının sədri, Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov, Parlamentin Hesablayıcı komissiyasının sədri Eldar Quliyev, deputat Məşhur Məmmədov, Özbəkistan Ali Məclisi sədrinin müavini Əlişer Kadırov, dövlət və hökumət rəsmiləri, diplomatik korpusun, beynəlxalq təşkilatların təmsilçiləri, elm, mədəniyyət və incəsənət xadimləri, yerli azərbaycanlılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı ilə keçirilən toplantıda “44 gün: qəhrəmanlıq, zəfər və azadlıq” adlı fotosərgi və Ermənistanın Azərbaycana təcavüzünün nəticələri, işğaldan azad edilən torpaqlarımızda həyata keçirilən geniş quruculuq işlərinə dair videomaterial nümayiş olunub, Zəfər Günü ilə bağlı çıxışlar edilib.
Milli Məclisin İntizam komissiyasının sədri, Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov 44 gün davam edən Vətən müharibəsi zamanı Ermənistanın ağır məğlubiyyəti, Vətən torpaqlarının azad olunması, haqq ədalətin bərpası, azad olunan torpaqlarda bərpa-yenidənqurma işlərinin həyata keçirilməsinə dair geniş çıxış edib.

Eldar İbrahimov 44 günlük Vətən müharibəsində Şuşa şəhərinin noyabrın 8-də erməni işğalçılarından azad olunmasının əhəmiyyətini vurğulayıb, 10 noyabr 2020-ci ildə Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin iştirakı ilə bağlanan üçtərəfli razılaşma ilə ikinci Qarabağ müharibəsinin başa çatdığını və ərazi bütövlüyümüzün təmin olunduğunu qeyd edib. O, Vətən müharibəsində Azərbaycanı dəstəkləyən bütün dövlətlərə, o cümlədən haqq işimizdə bizim yanımızda olan özbək xalqına, dövlətinə və parlamentinə təşəkkürünü bildirib.

Səfər çərçivəsində Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Eldar Quliyevin Özbəkistan Nazirlər Kabinetinin rəhbər şəxsləri ilə bir sıra görüşləri keçirilib.
Görüşlərdə Eldar Quliyev Özbəkistanın da təmsil olunduğu Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının xətti ilə ölkələrimizin türk dünyasının birliyi və həmrəyliyi istiqamətində mühüm addımlar atdığını qeyd edib, gələcəkdə bu dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf edəcəyinə əminliyini bildirib. Söhbətlər zamanı iki ölkə arasında qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Keçirilən tədbirlərdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev də iştirak edib, müzakirə olunan məsələlər barədə fikirlərini açıqlayıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki