image-whatsapp-image-2021-08-19-at-15-49-09backend

Azərbaycanın Zəfəri və gələcək böyük uğurları naminə.

image-reklam_sirab_01

44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi.
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.Prezident İlham Əliyev qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi. Əliyevin dünyanın aparıcı mediasına verdiyi 30-dan artıq müsahibə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın etdi.
Bu ağır günlərdə Birinci vitse-prezident Mehriban Əliyeva “Hər birimiz bizim Prezidentimizə, Ali Baş Komandan İlham Əliyevə hədsiz təşəkkür edirik! Onun rəhbərliyi ilə müasir, güclü Azərbaycan Ordusu yaradılıb! Məhz onun sarsılmaz iradəsi, cəsarəti, əzmkarlığı və qətiyyəti sayəsində Azərbaycan Ordusu düşməni sarsıtdı, müharibənin nəticəsini müəyyən etdi və qələbə nöqtəsini qoydu. Prezidentimizin güc mənbəyi olan Azərbaycan xalqının hörməti, sevgisi, etimadı, inamı və dəstəyi ona Avrasiya məkanında ən uzunmüddətli münaqişələrdən biri olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini başa çatdırmaqda kömək etdi. Onun başçılığı ilə biz xalqımızın özünəinamını qaytaran Qələbəni qazandıq! Bu Qələbənin möhtəşəmliyi Azərbaycan dövlətinin tarixində əbədi qalacaq! “ sözləri ilə hər zaman Prezident İlham Əliyevin yanında oldu. Birinci vitse-prezident Mehriban Əliyeva hər zaman qəhrəman qardaşlarımızın qəhrəman xanımlarının yanında oldu . Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizin milli maraqlarına xidmət edən və tarixi ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, yüksək əxlaqi dəyərlərə, zəngin mənəvi – intellektual səviyyəyə malik olmağının bariz nümunəsidir.
Azərbaycanın möhtəşəm səfərindən sonra Prezident İlham Əliyev gələcəyin böyük uğurları üçün ilk addımları atdı. İqtisadi rayonların yeni bölgüsü Azərbaycanın qüdrətinin və gələcəyə baxışının ifadəsidir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərman imzalaması bir çox cəhətdən olduqca mühüm əhəmiyyətə malikdir. 14 iqtisadi rayon sırasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yer alması müstəsna tarixi önəm daşıyır. Öz ərazi bütövlüyünü təmin etmiş Azərbaycan tarixi ədalətin bərpasına nail olmağa davam edir. Xankəndinin, Xocalının Qarabağ iqtisadi rayonuna daxil edilməsi 44 günlük Vətən müharibəsində şanlı qələbə qazanmış Azərbaycanın ərazi bütövlüyünün qətiyyətli ifadəsi və suverenliyinin göstəricisidir. Şərqi Zəngəzur tarixi adının bərpa edilməsi Prezident İlham Əliyevin və Azərbaycan dövlətinin iradəsinin nümayişidir. Əldə olunmuş nailiyyətlər gələcək inkişaf üçün də mühüm sosial-iqtisadi baza yaradıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması Azərbaycanın inkişafında yeni mərhələnin əsasını qoyub. Burada işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri aparmaq, yeni infrastrukturların yaradılmasına, sərmayələrin cəlb edilməsinə nail olmaq xüsusi yer tutur. Artıq bu prosesə başlanıb, əsas infrastruktur layihələrinə start verilib. Bütün bu işlər Azərbaycan iqtisadiyyatının inkişafına əlavə təkan olacaq.

Allahverdiyeva Əfsanə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki