Məşhur alman qrupu “Rammstein”in Rusiyada planlaşdırılan konserti polis tərəfindən dayandırılıb.
Veteninfo.az rus mediasına istinadən xəbər verir ki, Tver vilayətində keçirilməsi planlaşdırılan gecədə karantin qaydalarının pozulduğu bildirilib. Polis qrupun solisti Till Lindemannın oteldə qaldığı otağa gəlib.
Bildirilib ki, hazırda Rusiyada koronovirus infeksiyasının qarşısının alınması məqsədilə kütləvi tədbirlərin keçirilməsinə icazə verilmir. Məsələ ilə bağlı Lindemanna xəbərdarlıq edilib. O, karantin qaydalarını pozmaqda ittiham edilib.
“Rammstein” qrupunun Rusiyaya gəlişini isə azərbaycanlı prodüser Anar Reyband təşkil edib. O, biznesmen Maksim Larinin istəyi ilə “Rammstein”i Rusiyaya gətirib. Qrup şirkətlərdən birinin yubiley gecəsində çıxış edəcəkmiş.
Polis məsələ ilə bağlı A.Reybandə xəbərdarlıq edib. Bildirilib ki, bu cür kütləvi tədbirlər insanların sağlamlığını təhlükəyə atır. Reyband ilə əlaqədar olaraq Rusiyanın İnzibati Xətalar Məcəlləsinin 18.8 -ci maddəsinin 2 -ci hissəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilib (Xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs tərəfindən Rusiyaya daxil olma qaydaları və ya Rusiyada qalmaq (yaşayış yeri)). Materiallar Konakovo Şəhər Məhkəməsinə göndərilib. Anarın Rusiyadan deportasiya olunacağı ehtimal edilir.
Eyni zamanda, Tim Rusiya sərhədini keçərkən əslində konsert fəaliyyəti təşkil etsə də, səfərin məqsədinin turizm olduğunu bildirib. Onun barəsində də inzibati iş üzrə icraat başlanılıb.