image-946095backend

Azərbaycanlı qadın həmcinsi ilə evləndi – FOTO

image-reklam_sirab_01

Mahizər Salmanova ailə qurması ilə gündəm olub. Onun toyunda ən çox diqqətçəkən məqam onun həmcinsi ilə evlənməsidir.

Bu barədə shounews.az M.Salmanovadan müsahibə alıb.

– Evləndiyiniz xanımla necə tanış olmusunuz?

– Ailə qurduğum xanım polis əməkdaşıdır. Avtomobil idarə edən zaman qırmızı işıqdan keçdim. Avtomobilimi saxlamağımı əmr verdi. Deməzdim ki, bu ilk görüşdən məhəbbətdir. Amma ilk tanışlığımız yolda oldu. 8 ay ünsiyyətimiz, tanışlığımlz davam etdi. Bakıda qızlar yol polisləri ilə necə tanış olursa, məndə də elə oldu (gülür).

– Neçə yaş fərqiniz var?

– Aramızda 12 yaş fərqi var. O, məndən böyükdür. Dəli kimi sevirəm. Həyatımın sevgisini tapdığım üçün xoşbəxtəm.

– Bildiyim qədər siz daha əvvəl kişi ilə ailəli olmusunuz…

– Bəli, ailəli olmuşam. Kişi sevgililərim də olub. Amma hər zaman hiss edirdim ki, bu münasibətlərdə nə isə çatışmır. Özümü tam xoşbəxt hiss edə bilmirdim. Sonralar anladım ki, mənim ehtiras hissim həmcinslərimədir. Bunu dərk edib, qəbullanandan sonra xoşbəxtliyimi tapdım.

– Ailəniz bu münasibətinizə necə baxır?

– 4 bacım var. Yeznələrim namaz qılırlar. Anlayıram bunu onlar asan qəbul etməyəcək. Mənə də çətin olacaq. Nə olsa da, onlar mənim doğmam, canımdan-qanımdan biridirlər. İnanıram ki, onlar məni düzgün anlayacaq və qəbul edəcəklər.

– Yox, heç vaxt övladım var. Nə olsa da, mən övladımın anasıyam. Kişi vidində olmağı heç vaxt xəyal etməmişəm. Hətta qadın görkəmində kişiləri qəbul etmirəm. Azərbaycana baxanda dəhşətə gəlirəm. Bakı nə günə qalıb?! Geylər parik taxır, arxasını əməliyyatla böyüdür, arvaddan betər makiyaj edirlər.

– Düşünmürsüz ki, Azərbaycanda bu evliliyinizə pis baxarlar?

– Mən onsuz Amerikada yaşayıram  Azərbaycanda nə düşünəcəkləri məni demək olar maraqlandırmır. Burada sərbəstlikdir. Burada nəinki kişi ilə kişi, qadınla qadın, hətta atı, iti, meymunu, pişiyi, toyuğu ilə də evlənənlər var. Ona görə burada çox rahatam. Yaşadığım binada qonşularımın 90 faizi geylərdir.

Düzdür, kənardan baxan heç kəs deməz ki, onlar geydir. Nə qaş alırlar, nə makiyaj edirlər, nə parik taxırlar. Normal kişi vidindədirlər. Əksinə idman zallarından çıxmırlar. Kənardan baxanda idmançıya oxşayırlar.

– Etməmələrinə səbəb nədir sizcə? 

– Pis baxırlar. İllərdir buradayam. Cəmi 2-3 dəfə transseksual görmüşəm. Gey klublara gedirəm.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image