image-30backend

Bakıda dönərdən zəhərlənənlərin adları məlum oldu

image-reklam_sirab_01

11:00

Bakıda dönərdən zəhərlənən şəxslərin adları məlum olub. Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, zəhərlənən şəxslər “28 Mall” ticarət mərkəzinin yaxınlığında yerləşən “Dönər Market”dən toyuq dönəri alaraq yediklərini bildiriblər: “Müraciət edənlərin biri qadın, 7-si kişi olub. Zəhərlənənlərdən birinin 16 yaşı olduğu üçün Mərkəzin tabeliyindəki 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib.

Zəhərlənənlər: Bayramov Cavid, Xəlilov Murad, Fəttahova Tünzalə, Əliyev Həmid, Soltanov Səid, Mirzəyev Rafiq, Ömərov Qüdrət, Soltanov Maqsuddur. Vəziyyətləri yaxşı olduğu üçün Qüdrət Ömərov, Murad Xəlilov evə buraxılıblar. Digərlərinin hazırda müalicəsi davam edir”.

***

10:49

Bakıda polis dönərdən kütləvi zəhərlənmə hadisəsi ilə bağlı araşdırmalara başlayıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, zəhərlənmə faktı ilə əlaqədar müvafiq ekspertiza təyin olunub. Hazırda Nəsimi Rayon Polis İdarəsində bununla bağlı araşdırmalar aparılır.

Hadisə ötən gün “28 Mall” Ticarət Mərkəzinin yaxınlığında dönərxanalardan birində baş verib. Həmin ərazidə gün ərzində dönər alan 8 nəfər zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzinə müraciət edib. Zəhərlənənlərdən biri qadın, 7-si kişi, digər biri isə yeniyetmə olub. Hazırda onlardan bəziləri orta-ağır, digərləri isə ağır vəziyyətdə müalicələri davam etdirilir. Bir nəfər isə artıq evə buraxılıb.

***

10:31

Bakıda dönərdən kütləvi zəhərlənmə olub. Zəhərlənənlər Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Kliniki Tibbi Mərkəzin mətbuat xidmətindən virtualaz.org-a bildiriblər ki, mərkəzə zəhərlənmə diaqnozu ilə 8 nəfər gətirilib. Onlardan biri qadın, biri isə yeniyetmədir. Zəhərlənənlərin vəziyyəti orta-ağırdır.

Baş verən hadisənin səbəbləri həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən də araşdırılır. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

***

10:17

Bakıda dönərdən kütləvi zəhərlənmə baş verib. Bu barədə Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu məlumat verib.

O qeyd edib ki, zəhərlənənlərin hamısı Mərkəzə gətirilib


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image