image-modern-az-02-07-2021-1625213055backend

Bakıda hərbi parad keçiriləcək – Deputat

image-reklam_sirab_01

“2018-ci ildə Azərbaycanda Türkiyə Prezidentinin iştirakı ilə Bakının işğaldan azad olunmasının 100 illiyi münasibətilə parad keçirtdik. Bir neçə aydan sonra yenidən Bakının işğaldan azad olunması qeyd olunacaq:

Veteninfo.az  xəbər verir ki, bunu parlamentin bu gün keçirilən növbədənkənar sessiyasında çıxış edən deputat Məlahət İbrahimqızı bildirib. Deputatın sözlərinə görə, Bakının azad olunmasında müstəsna xidmətləri olmuş Nuru Paşa və onun ordusuna bu günə qədər də abidə qoyulmayıb:  “Bununla bağlı icra strukturları heç bir məlumat vermir. Bu, Türkiyə-Azərbaycan qardaşlığına laqeyd yanaşmadır. Daha bir təklifim seçildiyim Nəsimi rayonu ilə bağlıdır. 4-cü mikrorayonda 1973-cü ildə Ulu Öndərin açdığı Uşaq kitabxanası var. Çox təəssüf ki, kitabxana darmadağın vəziyyətdədir. Kitabxanada çox nadir kitablar var. Mədəniyyət Nazirliyinə müraciət edirəm ki, bu məsələ tezliklə həllini tapsın”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki