image-40backend

Bakıda iqlim dəyişikliyinə həsr olunmuş tədbir keçirilib

image-reklam_sirab_01

Bakıda iqlim dəyişikliyi ilə bağlı addımlar mövzusunda tədbir keçirilib.

Veteninfo.az “Report”-a istinadan xəbər verir ki, 24 oktyabr – BMT Gününə həsr olunmuş tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov çıxış ediblər.

Müzakirələrdə rəsmi idarələrin, diplomatik korpusun, özəl sektorun, vətəndaş cəmiyyətinin nümayəndələri, media təmsilçiləri iştirak ediblər. BMT-nin COP-26 konfransı qarşısındakı hədəflərə dair ekspertlərin iştirakı ilə panel müzakirələri təşkil edilib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyinə dair 26-cı konfransı (COP-26) 31 oktyabr – 12 noyabr tarixlərində Qlazqo şəhərində keçiriləcək.

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki