image-reklam-veteninfo
image-bayraktarbackend

Baltikyanı ölkələr Türkiyənin qapısında növbəyə durublar-BAYRAKTAR ÜÇÜN

image-reklam-veteninfo

Türkiyə Baltikyanı ölkələrlə döyüş pilotsuz təyyarələrinin tədarükü imkanlarını müzakirə edib.

Vətəninfo.az xəbər verir ki, bunu Türkiyənin müdafiə sənayesinin rəhbəri İsmayıl Dəmir Antalyada keçirilən diplomatik forum çərçivəsində jurnalistlərə deyib.
“Bu ölkələr hazırlıq mərhələsindədir. Onların nümayəndələri ilə təmaslarımız olub. Hazırda hər kəs narahatçılıq hiss edir. Hesab edirik ki, onlar hansı miqdarda və nə qədər məhsul ala biləcəkləri məhsulların siyahısını formalaşdırırlar”..
İsmayıl Dəmir əlavə edib ki, malların birbaşa sifarişi və onun həcmindən söhbət gedə bilməz:“Türkiyə təkcə döyüş pilotsuz təyyarələrinin alınması üçün deyil, həm də geniş çeşiddə digər məhsulların alınması üçün müraciət edilən ölkəyə çevrilir”.
Qeyd edək ki, Türkiyə bir sıra ölkələrə, o cümlədən Ukraynaya Bayraktar döyüş pilotsuz uçan aparatları ixrac edir.
Eyni zamanda xatırladaq ki, Türkiyə istehsalı olan pilotsuz uçuş aparatları 2020-ci ilin payızında 44 müharibə zamanı Qarabağda  mövcud olan Ermənistanın bütün zirehli texnikasın sıradan çıxararaq,düşmənə ciddi zərbə vurmuşdu.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki