image-66f822e2-85be-3f71-8a4a-4c15e237352d_850backend

“Barselona” Messini 2023-cü ildə geri qaytarmaq üçün danışıqlar aparır

image-reklam_sirab_01

İspaniyanın “Barselona” futbol klubu argentinalı hücumçu Lionel Messini yenidən komandaya qaytarmaq üçün danışıqlar aparır.

Bu barədə ispaniyalı jurnalist Xavi Kampos sosial şəbəkədə məlumat yayıb.

O, qeyd edib ki, kataloniyalılar futbolçunun nümayəndələri ilə 2023-cü ildə komandaya keçidin şərtlərini müzakirə edirlər.

Ssenarilərdən biri Messinin PSJ ilə müqaviləni pozmasını və Barselona ilə bir, yaxud iki mövsümlük müqavilə imzalayacağını nəzərdə tutur.

Futbolçunun Amerika MLS liqasındakı klublardan birinə keçmək təklifi də var.

Xatırladaq ki, Messi 18 il “Barselona”da oynadıqdan sonra komandadan ayrılıb. O, 2021-ci ildə PSJ-nin oyunçusu olub. Klub ötən mövsüm Fransa Birinci Liqasının qalibi olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki