image-reklam-veteninfo
image-1backend

“Barselona” yanvarda transfer etməyəcək – Markanın iddiası

image-reklam-veteninfo

“Barselona”nın qış transfer pəncərəsində heyətinə yeni futbolçu cəlb etməyi planlaşdırmadığı bildirilib.

Vətəninfo.az xəbər verir ki, “Marca”nın məlumatına görə, Kataloniya klubunun maliyyə vəziyyəti əvvəlki dövrlə müqayisədə yaxşılaşsa da, yanvar ayında transfer həyata keçirmək üçün kifayət qədər maliyyə imkanları yoxdur.

Baş məşqçi Hans-Diter Flik və klubun idman direktoru Deko komandanın hazırkı heyətindən razıdır. Rəhbərlik yalnız ciddi zədələr və ya gözlənilməz vəziyyətlər yaranacağı təqdirdə transfer bazarına çıxmağı nəzərdən keçirəcək.

Yay transfer dönəmində Julian Alvareslə bağlı baş tutmayan transfer cəhdinin də qışda təkrarlanmayacağı qeyd olunur.

“Barselona” rəhbərliyi bu mövsüm yeni hücumçuya ehtiyac olmadığını düşünür. Buna səbəb kimi komandanın mövcud heyətinin bütün mövqelər üzrə kifayət qədər futbolçu ilə təmin olunması göstərilir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki