image-kamranbackend

Baş Prokuror: Ötən il ərzində 10 min 943 şəxs barəsində amnistiya tətbiq edilib

image-reklam_sirab_01

Veteninfo.az-ın əldə etdiyi məlumata görə, hazırda Baş Prokurorluqda 2021-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş  geniş Kollegiya iclası başlayıb. İclasda, həmçinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı da gözlənilir. Məlumata förə, iclasda Baş Prokuror Kamran Əliyev çıxış edir.

Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat təsdiqlənərək bildirilib ki, Kollegiya iclasının təfərrüatları barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Baş prokuror: Ötən il qeydə alınmış 31 min 131 cinayətin 87,3 faizinin üstü açılıb

Məlumata görə. Baş prokuror çıxışı zamanı bildirib ki, prokurorluq və daxili işlər orqanlarının qarşılıqlı və effektiv əməkdaşlığı nəticəsində ötən il  qeydə alınmış 31 min 131 cinayətin 87,3 faizinin açılması təmin olunub. Bu cinayətlərin 94,2 faizinin prokurorluq və daxili işlər orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər təşkil edib. Kamran Əliyev bildirib ki, 2021-ci ildə Baş Prokurorluğun İstintaq idarəsində 328 cinayət işinin ibtidai istintaqı aparılmaqla 120 şəxs barəsində 96 cinayət işinin istintaqı yekunlaşdırılıb: “Bunlardan 24 şəxs barəsində 17 iş – qəsdən adamöldürmə faktları ilə bağlı olub.İstintaq idarəsində ibtidai istintaqı tamamlanan cinayət işləri üzrə 67 milyon 165 min manat məbləğində maddi ziyanın ödənilməsi təmin edilib”. Baş prokurorun sözlərinə görə, əvvəlki illərdən bağlı qalmış cinayət işlərinin açılması məqsədi ilə Baş Prokurorluğun İstintaq idarəsində prokurorluq,daxili işlər orqanları və dövlət təhlükəsizliyi xidmətinin əməkdaşlarından ibarət xüsusi istintaq qrupu yaradılmış və birgə fəaliyyət nəticəsində 2000-2021-ci illərdə qeydə alınmaqla bağlı qalmış 8 cinayət işinin açılması təmin olunub.Bu istiqamətdə fəaliyyət davam etdirilir.

Kamran Əliyev eyni zamanda qeyd edib ki, Vətən müharibəsində qazanılmış tarixi Qələbənin birinci ildönümü münasibətilə Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclis tərəfindən qəbul edilmiş “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın icrası prokurorluq orqanları tərəfindən təxirəsalınmadan və düzgün yerinə yetirilir. Hesabat dövründə ümumilikdə 10 min 943 şəxs barəsində amnistiya aktı tətbiq edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki