Tarixdə üçüncü dəfədir ki, əfsanəvi amerikalı basketbolçu Maykl Cordanın forması 10 milyon dollardan çox satılıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə Associated Press xəbər agentliyi məlumat verir. Hərrac Hunt Auctions hərrac evində keçirilib. Cordanın imzası olan forma 14 milyon dollara satılıb. Cordanın formalarından biri sonuncu dəfə 2022-ci ildə 10,1 milyon dollara, daha sonra isə 12,3 milyon dollara satılıb.


























