image-a4c2c56b-560f-3c1d-9812-c3541fe21c36_850backend

Bayden COVID-19-dan müalicəsini tamamlayıb

image-reklam_sirab_01

ABŞ Prezidenti Cozef Bayden koronavirus infeksiyası üçün “Paxlovid” preparatı ilə beş günlük müalicə kursunu başa vurub, lakin hələlik özünü təcrid edir.

Ağ Evin saytı xəbər verir ki, bu barədə Kevin O Konnor bildirib.

Onun sözlərinə görə, Prezidentin xəstəliyinin əlamətləri demək olar, tamamilə yoxa çıxıb. Onun qan təzyiqi, nəbzi və tənəffüsü, hərarəti tamamilə normaldır, ağciyərləri təmiz qalır. Prezidentə fiziki məşqləri bərpa etməyə icazə verilir.

Keçən həftə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer Baydenin iyulun 21-də koronavirus testinin müsbət olduğunu, özünü təcrid etdiyini və distant işləməyə başladığını açıqlayıb.

Bayden COVID-19 peyvəndinin tam kursunu alıb və həmçinin peyvəndin iki gücləndirici dozasını qəbul edib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki