image-2ffc9370-f14f-323e-b9a0-cf83f89c17b5_850backend

Bayden II Elizabetin dəfn mərasiminə gecikib

image-reklam_sirab_01

ABŞ Prezidenti Cozef Bayden bazar ertəsi Britaniya və Şimali İrlandiya Kraliçası II Elizabetin dəfn mərasiminə gec gəlib.

“The Guardian” Amerika lideri və həyat yoldaşı Cilin yerli vaxtla saat 10:05-də (Bakı vaxtı ilə 13:05) Vestminstr abbatlığında yerlərini tutmasına diqqət çəkib, baxmayaraq ki, tədbirin proqramına əsasən, dəvət olunmuş yüksək vəzifəli şəxslər bunu 09:35-dən 09:55-dək (Bakı vaxtı ilə saat 12:55) etməli idilər.

II Elizabetlə vida mərasimi yalnız saat 11:00-da (Bakı vaxtı ilə saat 14:00) başlayıb, lakin mərasimi pozmamaq üçün bütün qonaqlar vaxtından əvvəl yerlərini tutmalı olublar. Buna görə də qeyd olunan vaxtdan gec gələn Bayden uzun müddət kilsə binasının girişində dayanaraq, başqaları ilə gülümsünərək fikir mübadiləsi aparmalı olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki