image-modern-az-27-04-2021-1619531224backend

Baydenin saxta bəyanatı tarixi həqiqətləri inkar edə bilməz

image-reklam_sirab_01

“ABŞ Prezidenti Co Baydenin aprelin 24-də  səsləndirdiyi bəyanatında “erməni soyqırımı ifadəsini dilə gətirməsi illərdir rəsmi Bakının ən yüksək tribunalardan bəyan etdiyi bu həqiqəti bir dahə təsdiqlədi- İkili standartlar fonunda maraqlar beynəlxalq hüququ üstələyir. Dünyanın nüfuzlu dövlətlərindən, ən əsası BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən olan ABŞ-ın bu addımı  dünyanın erməni sevgisinə bir daha işıq saldı. Tarixin saxtalaşdırılmasına dəstək olmaq, bilərəkdən həqiqətləri inkar edib işğalçı, təcavüzkar, faşizm siyasəti həyata keçirən bir dövlətin yanında olmaq  bir çox məqamların açıqlanmasında yardımçıdır.  Bu addım tarixə müraciət edib, ABŞ-ın   Vyetnamda 4 milyon, Koreyada 3 milyon, Kambociya və Laosda 1 milyon, Əfqanıstanda 1,5 milyon, İraqda 1 milyon, Xirosima və Naqasakidə 350 min insanı, eləcə də qitənin yerli sakinləri olan 15 milyon qızıldərilini qətlə yetirməsini ona xatırlatmağı  bir tələbə çevirdi. Demək, ABŞ Prezidentinin ermənilərə dəstək missiyasını yerinə yetirməsi ölkəsinin Ermənistanla siyasətlərində oxşar məqamların olmasının təsdiqidir. Amma Co Bayden belə bir bəyanatı səsləndirərkən unutmamalı idi ki, tarixi saxtalaşdırmaqla həqiqətləri ört-basdır etmək qeyri-mümkündür. 106 ilin yalanlarını həqiqət kimi qəbul edib, 30 il bundan öncə Xocalıda törədilən soyqırıma etinasız yanaşmaq, bunun ardınca 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Gəncədə, Bərdədə, Tərtərdə törədilən  terror aktlarına göz yummaq dünya dövlətlərinin, beynəlxalq təşkilatların ədalət meyarını hansı  mexanizm əsasında müəyyənləşdirdiklərini  ortaya qoydu.  1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması təəssüf doğurur.”

Veteninfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib. M.Həsənov qeyd edib ki, 106 ildir dünyadan ədalətli yanaşma  gözləyən qondarma “erməni soyqırımı” məsələsinə   erməni yalanları fonundan dəyərləndirmə     ABŞ-ın  mövqeyinə inamsızlıq yaratmaqla yanaşı,  Türkiyə ilə münasibətlərində də  gərginlik yaradacaq:   “Diqqət çəkən budur ki, ABŞ-a  bu saxtalaşdırmasına görə  dəstək verən dövlətlərdən biri Fransadır. Fransa erməni diasporunun güclü olduğu ölkələrdən olmaqla yanaşı, erməni sevgisini hər addımda qabarıq şəkildə büruzə verir.  O da məlumdur ki, Fransa qondarma “erməni soyqırımı” nı tanımaqla kifayətlənməyib, Fransa  Senatı   bu “soyqırımı”  tanımayanlara qarşı cəzanın tətbiqi ilə bağlı qanun layihəsini də  müzakirəyə çıxarmışdır.   Fransa ilə Ermənistan da soyqırımılar törətməklə bir-birinə oxşardırlar.  Fransa  Əlcəzairdə, Vyetnamda, Mərakeşdə, Cibutidə, Çadda, Qabonda, Tunisdə milyonlarla dinc sakini məhv edib. Özünü “insan haqlarının və demokratiyanın vətəni” sayan Fransa tarixi ilə üzləşməkdən ona görə qorxur ki, insan haqları və demokratiya ilə bir araya sığmayan bəşəri cinayətlər törədib. Ermənistan da son yüz ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımlarla Fransaya çox bənzəyir. Görünür, onları birləşdirən ümumi dəyər məhz bu cəhətləridir.” Millət vəkili onu da bildirib ki,  1915-ci il hadisələri siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmalıdır:  “Lakin məlum olduğu kimi, baş verən hadisələri ört-basdır etmək istəyən, özünü məzlum ölkə kimi qələmə verməyə çalışan Ermənistan həmin dövrün hadisələrinin birgə tarixi komissiya tərəfindən araşdırılması barədə Türkiyənin təklifini qəbul etməyib. Bildirdi ki, bu məsələ ilə taixçilər deyil, siyasətçilər məşğul olur.   Türkiyə XİN ABŞ Prezidenti Baydenin 1915-ci il hadisələri ilə bağlı bəyanatına münasibətində  bildirir ki,  tarixi prosesləri mühakimə etmək üçün  hüquqi,  mənəvi səlahiyyəti olmayan ABŞ Prezidentinin verdiyi açıqlamanın heç bir dəyəri yoxdur.”

“Bu gün Türkiyənin güclənən mövqeyi bəzi dövlətlər tərəfindən böyük qısqanclıqla qarşılanır” söyləyən millət vəkili diqqəti qondarma “erməni soyqırımı” məsələsindən Türkiyənin Avropa Birliyinə üzv qəbul olunmasına mane olmaq üçün bir vasitə kimi bəhrələnmələrə yönəltdi: “  Amma həmin dövlətlər  unudurlar ki, bu əsassız iddia   güclü Türkiyəyə təsir vasitəsi ola bilməz.  Bu fikir rəsmi Bakı tərəfindən də daim bəyan edilir ki, Türkiyə kimi güclü, demokratik dəyərlərə böyük hörmətlə yanaşan və bu prinsipləri yüksək səviyyədə qoruyan dövlətin Avropa Birliyində təmsil olunması qurum üçün  böyük şərəf olar. Daim bir-birinin yanında olan Azərbaycan və Türkiyə birgə səyləri ilə  bu yalana da son qoyacaq, tarixin saxtalaşdırılmasının mümkünsüzlüyünü,  gec-tez həqiqətin yalan üzərində qələbə qazandığını dünyaya sübut edəcək.”

“Azərbaycan bu məsələdə də  Türkiyənin yanındadır. Co Baydenin bəyanatından sonra dövlətimizin başçısı İlham Əliyevlə  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında  telefon danıçığı zamanı ölkə Prezidentimizin bu qərarın yanlış olduğunu bildirərək onu tarixi səhf adlandırması,  Milli Məclisinin sədri Sahibə Qafarovanın  türkiyəli həmkarı Mustafa Şəntopla telefon danışığı zamanı  Azərbaycanın  Türkiyənin yanında olduğunu bildirməsi,  Azərbaycan Xarici İşlər Nazirliyinin, ölkəmizdə fəaliyyət göstərən partiyaların bəyanatla çıxış edərək xəstə erməniçilik idealları bəsləyən ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsinə dair mövqeyini qətiyyətlə pisləmələri  Azərbaycan ictimaiyyətinin  birmənalı şəkildə mövqeyini ifadə edir.  Atılan bu addımdan zərər görən təbii ki,  ABŞ olacaq. 1992-ci ildə ermənilərin və erməni diasporunun təşəbbüsləri, ən əsası yalanları nəticəsində ABŞ Konqresi  Azərbaycana qarşı  “Azadlığa Dəstək Aktı”na ədalətsiz “907-ci düzəliş”i  qəbul etmişdir.  Bu qərarın qəbulundan  9 il sonra ABŞ hökuməti  onun ədalətsiz qərar olduğunu təsdiqlədi və fəaliyyətinin bir illik  dondurulması ilə bağlı qərar qəbul etdi. Baxmayaraq ki, qərarın birdəfəlik ləğvi hələ də həllini gözləyir, amma hər il onun yenidən təsdiqlənməsi həyata keçirilir, fəaliyyəti dondurulur. Qardaş Türkiyəyə qarşı da irəli sürülən “erməni soyqırımı” iddiasının əsassızliğının, siyasi məqsəd daşıdığının  etiraf ediləcəyi zaman uzaqda deyil. ABŞ kimi güclərin saxta bəyanatları tarixi təhrif etmək, həqiqətləri ört-basır etmək imkanında deyil.  Bütün tarixi sənədlər təsdiqləyir ki,  “erməni soyqırımı” ilə bağlı söylənilənlərin heç bir əsası yoxdur”,- deyə Malik Həsənov bildirib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki