image-f07a3359-f8a2-36cb-97a8-97916ea945e8_850backend

Belçika Almaniyaya tranzit qaz tədarükünü artırmağa söz verib

image-reklam_sirab_01

Belçikanın Baş naziri Aleksander De Kroo Almaniya kansleri Olaf Şolts ilə telefon danışığı zamanı Almaniyaya tranzit qaz nəqlini artıracağına söz verib və ona enerji vəziyyətini müzakirə etmək üçün ikitərəfli sammit keçirməyi təklif edib.

bu barədə Belçikanın Baş naziri öz tviter səhifəsində yazıb.

“Mən Olaf Şoltsla telefonda danışdım. Biz enerji tərəfdaşlığını müzakirə etdik. Həmçinin kanslere söz verdim ki, Belçika Almaniyaya qaz tranziti imkanlarını genişləndirəcək”, – o yazıb.

Qeyd edək ki, Belçika tranzit ölkə olaraq Zeebryuqqe limanındakı terminalı vasitəsilə mayeləşdirilmiş təbii qazı qəbul edir və onu Aİ ölkələrinə çatdırılmasını təmin edir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki