Müğənni Nura Suri ölkədə ərzaq məhsullarının bahalaşmasına münasibət bildirib.
Veteninfo.az xəbər verir ki, o bu barədə öz feysbuk səhifəsində yazıb.
“Hər zaman aldığım məhsulların qiyməti çox artıb. 24-25 AZN olan məhsul 30 AZN-i keçib. 1-2 məhsul alanda bəlkə hiss etmirsiniz, amma bazarlıq edəndə ciddi fərq görünür”.
İfaçının sözlərinə görə, zaman keçdikcə imkansız adamlara lap çətin olacaq: “Demək olar ki, orta təbəqə çox azdır. Bu artımlar varlıların da gözünə görünmür. Benzin də deyilənə görə, yenə qalxacaq. Kommunal xərclər də artıb, pensiya ilə yaşayan insanlara Allah kömək olsun!”