image-malikbackend

“Bəyanatda Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu bir daha təsdiqləndi”

image-reklam_sirab_01

“Dövlət başçısı İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirak etmək üçün Praqaya səfəri ölkə Prezidentinin şəxsiyyətinə hörmətin, mühüm məsələlərin həllində mövqeyinin və rəyinin xüsusi əhəmiyyət kəsb etdiyinin göstəricisidir. Cənab İlham Əliyev Zirvə Toplantısı çərçivəsində “Avropada sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masada çıxışı zamanı bir daha bu məqama diqqəti yönəltdi ki, dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn prinsipləri əsasdır. Xüsusilə ərazi bütövlüyü prinsipini önə çəkərək bu məsələyə münasibətdə eyni yanaşmanın vacibliyini vurğuladı. Prezident İlham Əliyevin dövlət maraqlarının qorunması, beynəlxalq münasibətlərin inkişafı və yeni istiqamətlər üzrə genişləndirilməsi yönümündə atdığı addımlar təqdir edilir. Ümumilikdə Azərbaycanın həm Qərb, həm də Şərq üçün əhəmiyyəti yalnız iqtisadi, nəqliyyat-kommunikasiya, enerji sferasında deyil, təhlükəsizlik, siyasi dialoqun inkişaf etdirilməsində də ifadə olunur. Azərbaycan yerləşdiyi coğrafi məkana görə dövlətlər və xalqlar arasında körpü rolunu oynayır. Ölkəmiz müasir dövrün reallıqları əsasında atdığı addımları ilə bu roluna yeni məzmun gətirir. Artıq iki ildir tarixi Zəfərimizin yaratdığı reallıqları yaşayırıq. Bu reallıqlar dünyanın siyasətində də dəyişikliklərə yol açdı. Yeni yaradılan siyasi platformanın- “Avropa siyasi birliyi”nin məqsəd və məramına diqqət yetirdikdə qeyd etdiklərimiz özünün aydın ifadəsini tapır. Belə ki, “Avropa siyasi birliyi” qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. Zirvə Toplantısında ümumilikdə 44 ölkənin dövlət və hökumət başçıları iştirak etdilər. İlk dəfə keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısı Avropa ölkələrinin liderlərini bərabərhüquqlu və birlik ruhunda bir araya gətirdi. Toplantı ərzində liderlər müxtəlif fikir mübadilələri zamanı sülh və təhlükəsizlik, iqtisadi vəziyyət, enerji və iqlim, miqrasiya və hərəkətlilik məsələlərini müzakirə etdilər”.

Vətəninfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, Azərbaycanın təməlini qoyduğu milli platformanın – Azərbaycan Milli Şəhərsalma Forumunun ardınca “Avropa siyasi birliyi” beynəlxalq platformanın yaradılması postmünaqişə dövrünün reallıqlarının təbliğində mühüm rol oynayacaq: “Ölkəmiz bu milli platformanı yaratmaqla istər 30 illik işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövrünün reallıqlarını beynəlxalq ictimaiyyətə çatdırmaq üçün əlavə imkanlar qazanır. Dövlət başçısı İlham Əliyevin Forumdakı çıxışı bütün bu məqamlara işıq saldı. “Burada – Ağdamda gördüklərinizi Qarabağ ərazisində hər bir kənddə görə bilərsiniz” söyləyən cənab İlham Əliyev bildirdi ki, 30 ildə daşlar bir-bir sökülməklə dağıdılıb, bütün binalar viran qoyulub və sökülüb, daşlar oğurlanıb və satılıb. Azad etdiyimiz ərazilərdə yerləşən ümumilikdə 67 məsciddən 65-i tamamilə dağılıb. Eyni vəziyyəti Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan da yaşayır. Bütün binaların dağıdılmadığı yeganə yerlər Şuşa, Laçın və qismən Kəlbəcər olub. Bunun da səbəbi məlumdur. Ermənistan müxtəlif ölkələrdən olan erməniləri işğal edilmiş ərazilərdə yerləşdirmək üçün qanunsuz məskunlaşma siyasəti yürüdürdü. Bu, beynəlxalq hüququn və Cenevrə Konvensiyasının kobud şəkildə pozulması hesab olunur”.

Millət vəkili vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin Forumdakı çıxışında qeyd etdiyi kimi, Qarabağı və Zəngəzuru yenidən quracağıq: “Buna heç bir şübhə yoxdur. Bu, milli ideyamızdır. Əvvəllər milli ideya torpaqlarımıza qayıtmaqdan, ədaləti və ərazi bütövlüyümüzü bərpa etməkdən ibarət idi və bütün Azərbaycan xalqı bu ideya ətrafında birləşmişdi, özünü buna hazırlamışdı. İndi artıq işğal damğasından azad olunmuş Azərbaycan yüksəlməkdədir. Azərbaycan ən uğurlu ölkələrdən biri olacaq”.

“Avropa siyasi birliyi” Zirvə Toplantısı, toplantı çərçivəsində dövlət başçısı İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü, həmşinin Prezident İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə 5 saatdan artıq davam edən və iki hissədən ibarət olan dördtərəfli görüşü Azərbaycanın müəllifi olduğu sülh gündəliyinin beynəlxalq səviyyədə qəbulunu bir daha təsdiqlədi. Dördtərəfli görüşün yekununda qəbul edilən Bəyanatda Azərbaycan və Ermənistan bir-birlərinin ərazi bütövlüyünü və suverenliyini tanıdılar, BMT Nizamnaməsi əsas sənəd kimi götürüldü. Bu, o deməkdir ki, Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu bir daha təsdiq edildi. Bəyanatda əksini tapan müddəalar dövlət başçısı İlham Əliyevin Azərbaycanın maraqlarını layiqincə qoruduğunu, Ermənistanın isə suveren dövlət olmadığını nümayiş etdirir. Dövlət başçısı İlham Əliyevin Praqa səfəri çərçivəsində Azərbaycan televiziya kanallarına müsahibəsi ölkəmizin beynəlxalq aləmdə artan rolunu, BMT və dünya birliyi tərəfindən tanınmış əraziləri üzərində öz suverenliyini tam bərpa etməsini, Qarabağ məsələsinin gündəmdən çıxmasını, dünya birliyinin bu məsələnin Azərbaycanın daxili işi olmasını qəbul etdiyini özündə ehtiva etməklə ölkə və beynəlxalq ictimaiyyətin dolğun məlumatlandırılmasında zəngin mənbədir. Praqa görüşündə Ermənistan növbəti mesajını aldı”, – deyə, Malik Həsənov bildirib.

İstinad: yap.org.az

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki