image-susabackend

Beynəlxalq tədbirlərin mərkəzinə çevrilən ŞUŞA – Ermənilər hansı nəticələri çıxarmalıdır? – Deputatdan ŞƏRH

image-reklam_sirab_01

“Bu gün Şuşada başlanan “Xarıbülbül” Festivalı ruhumuzun qayıtması və dirçəlməsi qədər böyük mənəvi zövq verən bir hadisədir”.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputat Cavanşir Feyziyev deyib. Deputat bildirib ki, 28 il işğal altında qalmış Şuşanın tarixi görkəmi bərpa olunmaqla yanaşı, onun mədəniyyət paytaxtı funksiyası və ümumiyyətlə, xalqımızın mənəvi-ruhani qavrayışındakı yeri də özünə qayıdır.

“Bütün bunlarla Şuşa öz doğma xalqına qayıdır. Şuşada keçirilən bütün tədbirlər, xüsusilə mədəniyyət tədbirləri bu torpağın və bu şəhərin əzəldən türk mədəniyyətinə mənsubluğunun təsdiqidir. Şuşa özündə ən azı 270 illik bir yaranış tarixinin kübar mədəniyyətini və bu mədəniyyətin daşıyıcısı olan Azərbaycan xalqının adət və ənənələrini yaşadır. “Xarıbülbül” festivalı da öz başlanğıcını vaxtilə Heydər Əliyevin təşəbbüsü ilə məhz Xarıbülbülün vətənindən başlayıb və gözəl bir mədəniyyət ənənəsinə çevrilib. Bu gün bu ənənənin bərpa və davam etdirilməsi təşəbbüsü isə Şuşanı böyük qəhrəmanlıqlar göstərərək düşmən caynağından qoparmış prezident İlham Əliyevin Şuşanın tarixinə, onun ənənələrinə verdiyi dəyərin ifadəsidir”.

“Şuşanı dirçəldən bərpa-quruculuq işləri ilə yanaşı onu mədəniyyət paytaxtı kimi yaşadan bu cür tədbirlər Şuşanın Azərbaycan olduğunu bütün dünyaya göstərən və sübut edən tarixi hadisələrdir” – deyə, C.Feyziyev əlavə edib:

 

“Bu kimi tədbirlər Şuşanın savaş mərkəzi yox, mədəniyyət və incəsənət mərkəzi olduğunu bir daha təsdiq edir. “Xarıbülbül” Festivalı Şuşanı özünə qaytaran mədəniyyət hadisəsi kimi onun daimi atributudur və əminəm ki, gələcəkdə də hər il davam etdiriməklə xalqımızın öz tarixinə və mədəniyyətinə ehtiramını və sadiqliyini nümayiş etdirəcək”.

Deputat deyib ki, Şuşanın azad olunması 30 il ərzində davam etmiş qanlı bir savaşın yekun akkordu oldu.

image-1646377611_1635923870_cav

“Şuşanın işğaldan azad olunması hələ heç bir sənədsiz – imzasız müharibənin sonunu müjdələdi. Bütün bu illər ərzində beynəlxalq aləmdə Azərbaycanın Şuşaya verdiyi əhəmiyyətin mənasını anlamaqda çətinlik çəkirdilər. Bir çox hallarda “Şuşa niyə sizin üçün bu qədər vacibdir” deyə soruşur və bizim inadkarlığımıza təəccüb edirdilər. Şuşa azad olunduqdan sonra ora səfər etmiş xarici jurnalistlər və siyasətçilər artıq bu sualı vermirlər. 28 il ərzində tarixi bir şəhəri viran qoymuş ermənilərin Şuşaya münasibəti onların qoyub getdiyi dağıntılardan aydın olur. Şuşa mövcud olduğu bütün zamanlarda xalqımızın mədəniyyət beşiyi kimi vandalizm və vəhşilik aktlarından bixəbər məsum bir şəhər olub. Ermənilərin guya özlərinin “müqəddəs şəhəri” hesab etdikləri Şuşa erməni işğalı altında günbəgün, ilbəil dağıdılırdı. Şuşa kimi bir gözəli “boz şəhər” adlandıran Ermənistan hakimiyyət təmsilçilərinin Şuşa ilə bağlı nə bir doğmalıq hissi, nə də müqəddəslik duyğusu ola bilərdi”.

“Bütün bunların müqabilində azad olunduqdan dərhal sonra Şuşada başlanan geniş bərpa-quruculuq işləri Şuşanın kimliyini və kimə məxsus olduğunu bütün dünyaya göstərdi” – C.Feyziyev fikirlərinə əlavə edib:

“Artıq Şuşada baş tutmuş bir çox beynəlxalq tədbirlər müharibənin nəticələrinin dünya birliyi tərəfindən birmənalı olaraq qəbul olunduğunu təsdiq edir. Ermənistan və erməni xalqı bütün bunlardan özləri üçün tarixi dərs çıxarmalıdırlar. Bu dərs ondan ibarət olmalıdır ki, özgə torpaqlarına göz dikmək və işğal etmək əvəzinə yaşadıqları torpaqları abadlaşdırmaq və orada özləri üçün sivil, mədəni bir həyat qurmaq daha vacibdir. Bu nəticə ondan ibarətdir ki, işğalçılıq, vəhşilik və vandallıq sülhpərvərliyə və mədəniyyətə qalib gələ bilməz”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki