image-79backend

Binəli Yıldırım: “Türkiyə və Azərbaycan yeni layihələr üzərində düşünür”

image-reklam_sirab_01

“Türkiyə ilə Azərbaycan arasında bir çox layihələr həyata keçirilib. Biz artıq yeni layihələr üzərində düşünürük”.

Veteninfo.az-ın xəbərinə görə, bu fikirləri Türkiyənin keçmiş Baş naziri Binəli Yıldırım Qlobal Bakı Forumu çərçivəsində “Post-COVID-19 dövründə qlobal çağırışlar” mövzusunda keçirilən panel müzakirələri zamanı deyib.

O bildirib ki, regionun 6 ölkəsi gələcəyə açılan yolu bir yerdə qət edə bilər: “Düşünürəm ki, Qarabağ məsələsi buna bir misaldır. Bu münaqişə nəticəsində iki ölkə arasında münasibətlər qurula bilməmişdi. Biz münaqişənin sülh yolu ilə həllini tapsaydıq, silahı əlimizə almazdıq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki