image-download-4backend

Bir əsrin ən şanlı qələbəsi

image-reklam_sirab_01

Azərbaycan Silahlı Qüvvələri günü  ilk olaraq rəsmi şəkildə Azərbaycan Respublikası Prezidentinin 18 sentyabr 1992-ci il tarixli fərmanına əsasən qəbul edilmişdir.  1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra  həmin il oktyabrın 9-da Azərbaycan ordusunun yaradılması barədə qərar qəbul edilir və bununla əlaqədar olaraq 26 iyun Silahlı Qüvvələr günü elan edilir. Rəsmi şəkildə Heydər Əliyevin sərəncamına əsasən bu qərar qüvvəyə minir. Bu gün Azərbaycan xalqı Silahlı qüvvələr gününü qalib xalq kimi qeyd edir. İkinci Qarabağ müharibəsindən sonra hərkəs Azərbaycan ordusunun gücünü gördü. Azərbaycan ordusu qalib ordudur. Mübaqişə zamanı ordumuz erməni ordusunu məhv etmişdir, ermənistanın «yenilməz» ordusu darmadağın edilmişdir. Ordumuz mülki əhaliyini heç vaxt hədəf tutmamışdır, hadisə zamanı ermənilər tanklarını, silahlarını atıb qaçırdılar, bunlar ordumuz tərəfindən hərbi qənimət kimi götürülüb. Biz qalib xalqıq, 30 ildir davam edən Qarabağ münaqişəsinı son qoyduq və artıq Azərbaycanın bu əzəli torpaqlarında biz özümüz yaşayacağıq. Bu bizim üçün tarixi önəm kəsb edən nailiyyətdir. Azərbaycan tarixində hələ buna bənzər qalibiyyət olmamışdır. Torpaqlarımızı azad etdikdən sonra artıq orada bərpa işləri sürətli şəkildə davam edir. Biz bütün torpaqlarımızı yenidən dirçəldəcəyik.  Artıq ermənistan bu həqiqətləri qəbul etməlidir və bizimlə yaxşı əlaqələr yaratmağa səy göstərməlidir, çünki beləsi onlar üçün daha yaxşı olacaq.

Dağlıq Qarabağın bərpası Azərbaycanı hər sahədə inkişaf etdirəcək. Müharibə zamanı bizə dəstək olan ölkələr ilə daha güclü əlaqələr qururuq və torpaqlarımızı bərpa prosesində onlar bizdən dəstəklərini əsirgəmirlər. Qarabağı cənnətə çevirəcəyik. Bu gün hər bir Azərbaycanlı qürurla deyə bilər ki, Qarabağ Azərbaycandır və Silahlı qüvvələr gününü bundan sonra fərqli sevinclə qeyd edəcəyik.

Hüseynli Elşən Adil oğlu

Nəsimi rayon gənci

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki