image-camaleddinbackend

Bir slavyan digərinin normal olmasını necə müəyyən edə bilər?-Cəmaləddin Quliyev YAZIR

image-reklam_sirab_01

Vladimir Putin və Volodomir Zelenskinin görüşü necə baş tutacaq? Harda baş tutacaq? Onlar bir birilə danışıq aparmağa qabildirlərmi?

“Я не кусаюсь. Я нормальный мужик, сядь со мной поговори”(Mən qapmıram, normal adamam, əyləş söhbət elə mənimlə) -Zelenski danışıqların baş tutması üçün Putinə belə müraciət də etmişdi. Bəs bir slavyan digərinin normal olmasını iki necə müəyyən edə bilər? Bunun bir kriteriyası varmı?

Var…

Vətəndaş müharibəsi dövrünə dair tədqiqatları ilə tanınmış, bu tədqiqatlara görə Stalin və Lenin mükafatları almış , gənckən özü də həmin müharibənin aktiv iştirakçısı olmuş İsaak Mints normal mujiki müəyyən etyməyin reseptini öz yetirmələri ilə tez-tez bölüşürmüş.

Mintsin aspirantı olmuş bir azərbaycanlı tarixçi nəql edirdi ki, gənc İsaak qırmızıların ordusunda komissar məqamınadək yüksələndən sonra təhsilli olmasını nəzərə alıb danışıqlara onu göndərirlərmiş. Bu aralar Denikinin hücumları qarşısında duruş gətirmək üçün ukraynalı anarxistlərin lideri Nestor Maxno ilə birləşmək tələb olunurmuş. Amma Maxno “qırmızılar”a çox da etibar etmədiyindən əməkdaşlıq alınmırmış. Danışıqlara yenə gənc Mintsi göndərmək qərarına gəlirlər. Mints özü Dnepr doğumlu olduğundan və Maxnonun danışdığı dildə(surjikdə) danışdığından ünsiyyətin asan ola biləcəyi nəzərə alınmışdı. Çox gənc və çəlimsiz Mintsi uzaqdan görən Maxno qəzəblənibmiş-yanıma uşaq göndəriblər ki…

Və samaqon çəlləyini ortaya gətirməyi əmr edir. İri bir parçı samaqonla doldurub başına çəkib, masanın üstündəki salanı gəvələməyə başlayır. Mints anlayır ki , o da eyni addımı atmasa, danışıqlar baş tutmayacaq. Parçı doldurub başına çəkir, hamı onun yıxılacağını gözləsə də, o, qəlyanaltı etmədən ikinci dəfə parçı doldurmaq istəyəndə Maxno dayandırır.

-Ehtiyac yoxdur, sən normala mujiksən, səninlə danışıq aparmaq olar.

… Görəsən, əsl “normal slavyan mujiki” olmanı müəyyən etmək üçün bu kriteriyalar yenə də keçərlidirmi?

Bəs, Mints niyə bu resepti öz qafqazlı aspirantları ilə bölüşürmüş? Yəqin ki, cavab sizə aydındır. Yanına gələndə “normal mujik” kimi gəlsinlər….


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki